Qəbələ Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edir
03.10.2014 [09:21]
Oktyabrın 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində “Nifrət nitqinə yox hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Gənclər və İdman, Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Avropa Şurasının (AŞ), AŞ-nin Demokratik Vətəndaşlıq və İştirak Direktorluğu Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edir.
Forumda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək rayon ərazisində keçirilən gənclərin beynəlxalq forumunu yüksək dəyərləndirib. Bildirib ki, bu tədbirin keçirilməsi Azərbaycanın dünyada imicinin daha da yüksəldiyini, eyni zamanda sabit ölkə olduğunu bir daha sübut edir. Azərbaycan qədim tarixi ənənələrə malik olan və öz dəyərlərini qoruyan bir ölkədir. S.Abdullayev Qəbələdə turizm sektorunun inkişafı üçün həyata keçirilən layihələr haqqında da məlumat verib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu beynəlxalq tədbir Azərbaycanın münaqişələrlə bağlı mövqeyini nümayiş etdirir. Onun sözlərinə görə, təəssüf ki, hələ də dünyada nifrət amilləri var və bu hallar azalmaq bilmir. Hamımız bilirik ki, dünyanın bir çox nöqtələrində milli, dini, irqi zəmində münaqişələr mövcuddur. Heç kimə sirr deyil ki, iki insan və ya iki dövlət arasında münasibətlər danışıqlar yolu ilə qurulur. Yaşanan problemlər də qərəzli ünsiyyətdən yaranır. Bu baxımdan dözümlülük təbliğ olunmalı və bu sahədə maarifləndirici tədbirlər davam etdirilməlidir. Hər kəs öz ölkəsində nifrət nitqinin aradan qaldırılması üçün təbliğat aparmalıdır. Azərbaycan dövlətinin bu istiqamətdəki siyasətinə toxunan nazir müavini dövlətimizin başçısının təşəbbüsü ilə bu mövzuda əhəmiyyətli tədbirlər həyata keçirildiyini də vurğulayıb.
Avropa Şurasının Gənclər Departamentinin sektor müdiri, “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının rəhbəri Rui Qomeş çıxışında bildirib ki, AŞ bu proqramla gənclərin bərabər hüquqlarını təmin olunmasına fürsət yaradır. Avropa Şurasının təmsilçisi deyib ki, bu kampaniya insan hüquqlarının bərqərar olunmasında böyük rol oynayacaq. Çünki bu hüquqlar dünyanın heç bir ölkəsində tam bərqərar olmayıb. Bu baxımdan prosesin gücləndirilməsi yönümündə addımların atıldığının şahidi oluruq. Xüsusən bu sahədə gənclərin əməyindən istifadə olunmalıdır.
R.Qomeş Azərbaycanda qanunun aliliyinin təmin edildiyinin şahidi olduğunu bildirərək deyib: “Biz buradakı çağırışı Avropa Şurasının Nazirlər Komitəsinin səsi kimi çatdıracağıq. Ümumiyyətlə isə biz fundamental insan hüquqlarının erroziyaya uğramasının qarşısını almalıyıq”.
Forumda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, hazırda Azərbaycanda 300-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir. Bu qurumlar ölkə həyatının bu və ya digər istiqamətlərində layihələr həyata keçirərək, gənclərin ictimai tədbirlərdə fəal iştirakına zəmin yaradırlar. O, Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasının və inkişafının, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.
Avropa Şurasının gənclərlə İş üzrə Şurasının sədri xanım Aleksandra Knezeviç diqqətə çatdırıb ki, hökumət və QHT-lərin bu istiqamətdə birgə fəaliyyəti təqdirəlayiqdir. O, kampaniyanın insan hüquqlarına xidmət etdiyini də vurğulayıb. Qeyd edib ki, buna görə də kampaniya AŞ tərəfindən dəstəklənir.
Aleksandra Knezeviç kampaniyanın 2015-dən sonra da davam etdirilməsinin tərəfdarı olduğunu söyləyib. O, ümid edib ki, bu hərəkat dünyaya öz töhfəsini verəcək.
Avropa Şurası Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç kampaniyanın keçirilməsinin əhəmiyyətindən danışaraq, bu sahədə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O vurğulayıb ki, Avropanın müxtəlif yerlərindən gəncləri bir yerə toplamaq müsbət xarakterizə olunmalıdır.
Draqana Filipoviç Avropa Şurasının Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə daim dəstək göstərdiyini də diqqətə çatdırıb. Bildirib ki, Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın sədrliyi digər ölkələrin sədrliyindən kəmiyyət və keyfiyyət baxımından xeyli fərqlənir. Bu kampaniya gənclərin iştirakı ilə həyata keçirildiyinə görə daha əhəmiyyətlidir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Forumun mahiyyəti haqqında danışaraq bildirib ki, tədbirin məqsədi “Nifrət nitqinə yox hərəkatı” kampaniyası çərçivəsində milli və Avropa səviyyələrində fəal gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir. Forumda nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılır. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinlənilir.
Şahin Seyidzadə qeyd edib ki, “Nifrət nitqinə yox hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir.
Sədr diqqətə çatdırıb ki, ARGTMŞ 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No hate speech movement”-”Nifrət nitqinə yox hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No hate speech movement”-”Nifrət nitqinə yox hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan əlavə, kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib.
Çıxışlardan sonra forum öz işini panel iclaslarda davam etdirib.
Tədbir oktyabrın 5-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

