Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıb
22.10.2014 [09:39]
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını 1918-ci il Batum danışıqları və Batum müqavilələrinin şərtlərinə əsasən ermənilərə verməsi, bundan sonra isə ermənilərin öz öhdəliklərini pozaraq işğalçı siyasətini davam etdirməsi xalqımıza qarşı sonrakı faciələrin əsasını qoyub
Bu gün bir çox ölkələrə qarşı ərazi iddiası ilə çıxış edən, işğalçı ölkə kimi tanınan Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaranması sirr deyil. Ümumiyyətlə, müxtəlif zaman kəsiklərində ermənilər tarixi torpaqlarımıza qarşı təcavüz aktları ilə çıxış edib və azərbaycanlıları etnik soyqırımına məruz qoyublar. Şübhəsiz, bu cür sistemli, davamlı və nizamlı terror, soyqırımı aktları məqsədyönlü olub və bəzi qüvvələrin bilavasitə dəstəyi əsasında həyata keçirilib.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may - 4 iyun) və Batum müqavilələrinin (4 iyun 1918-ci il) şərtlərinə əsasən verib. AMEA-nın Tarix İnstitutunun direktoru, professor, millət vəkili Yaqub Mahmudovun Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi və Azərbaycan Dövlət Arxivindəki qiymətli tarixi mənbələrə istinad edərək İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı aşkarladığı sənədlərdə məsələ ilə bağlı mühüm məqamlar yer alıb. Tarixçi-alimin sözlərinə görə, həmin sənədlər sübut edir ki, ermənilər həmin müqavilə və danışıqların nəticələrindən istifadə edərək məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.
Başlıca məqam budur ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarı, ən əsası, bundan sonra ermənilərin öz öhdəliklərini pozaraq işğalçı siyasətini davam etdirməsi xalqımıza qarşı sonrakı faciələrin əsasını qoyub. Professor Yaqub Mahmudov qeyd edir ki, 1918-ci il mayın 29-da 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə aşağıdakı Azərbaycan torpaqlarını işğal etdi. 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2), Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı: “Yuxarıda göstərilən işğallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı və Türkiyə ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum edildi. Ermənilərin həyata keçirdiyi yuxarıda qeyd olunan işğallar nəticəsində, ümumiyyətlə, türk dünyası ölkələrinin bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları da aradan qaldırıldı. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min km2-lik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi”.
Digər mühüm məqam İrəvanın Azərbaycan tərəfindən Ermənistana müqavilə ilə verilməsi müddətinin başa çatmaq üzrə olmasıdır. Artıq bu hadisədən 96 il ötür. Nəzərə almaq lazımdır ki, istənilən beynəlxalq müqavilənin müddəti 99 ildir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

