Azərbaycan ilə Litva arasında əlaqələr genişlənir
23.10.2014 [10:24]
Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası və Azərbaycan-Litva biznes forumu keçirilib
Oktyabrın 22-də Şəmkirdə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. İclasda çıxış edən vergilər naziri, Hökumətlərarası Komissiyanın həmsədri Fazil Məmmədov Hökumətlərarası Komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayaraq, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, 2014-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,9 dəfə artaraq 25,1 mln. ABŞ dollarına çatdığını bildirib.
Hökumətlərarası Komissiyanın son iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən Fazil Məmmədov qeyd edib ki, bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı səfərlər, görüşlər, tədbirlər keçirilib, ikitərəfli əlaqələr genişlənib. Xüsusilə, gənclər və idman, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlıq daha intensiv inkişaf edib. Hər iki ölkənin gənclərinin qarşılıqlı səfərləri təşkil edilib, müxtəlif sərgilər keçirilib. Litvalı ekspertlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycanın turizm potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsində yaxından iştirak ediblər, turizm zonalarının yaradılması və idarə olunmasına dair təcrübənin öyrənilməsi ilə əlaqədar geniş təcrübə mübadiləsi aparılıb.
F.Məmmədov ölkələrimiz arasında çoxtərəfli formatda da münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, məhz Litvanın Avropa Şurasında sədrliyi dövründə, yəni 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsinə dair razılaşmanın imzalanmasının mühüm bir hadisə olduğunu qeyd edib.
Daha sonra Komissiyanın Litva tərəfdən həmsədri, Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyətini müsbət dəyərləndirib. Litva və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayan nazir iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin, digər sahələrdə də ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu bildirib.
Sonra Komissiya gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparıb, komissiyanın üzvləri müvafiq təqdimatlarla çıxış ediblər.
İclasın sonunda Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius imzalayıblar.
İclas çərçivəsində 8-ci Azərbaycan-Litva biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.
Forumu açan vergilər naziri Fazil Məmmədov forum iştirakçılarına Azərbaycandakı investisiya mühiti barədə məlumat verib, ölkəmizdə makroiqtisadi sabitliyin mövcud olduğunu, iqtisadiyyatın davamlı inkişaf etdiyini, yaradılan əlverişli biznes mühitinin iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib. F.Məmmədov qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini və bu sahədəki mövcud potensialı nəzərə alaraq, tədbirdə iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius belə biznes forumların təşkil edilməsinin ənənəyə çevrilməsini vurğulayaraq bildirib ki, coğrafi baxımdan ölkələrimiz arasında məsafə kifayət qədər böyük olsa da, bu, əməkdaşlığa mane olmur və yeni tərəfdaşlıq sazişlərinin əldə olunması tərəflərin qarşılıqlı investisiyalarda maraqlı olduğunun göstəricisidir. İnformasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar olduğunu diqqətə çatdıran Linas Linkeviçius qeyd edib ki, Litva-Azərbaycan Hökumətlərarası Komissiyası ikitərəfli əlaqələrin inkişafında və hökumət səviyyəsində biznes prioritetlərinin dəstəklənməsində səmərəli fəaliyyət göstərir.
Tədbirdə Azərbaycanın və Litvanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verilib, hər iki tərəfdən müxtəlif layihələrin, o cümlədən, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təqdimatları keçirilib. Biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

