/ / Frank-Valter Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının fəal iştirakı üçün çalışırıq
Frank-Valter Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının fəal iştirakı üçün çalışırıq
24.10.2014 [09:30]
“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin tapılmasını arzu edirik, ATƏT-in Minsk qrupu ilə yanaşı, həm də Avropa İttifaqının bu məsələdə fəal iştirakı üçün çalışırıq. Münaqişənin həllində bizim də rolumuzun olmasını istəyirik. Nəzərinizə çatdırım ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Herber Salber təcrübəli alman diplomatıdır”.
AzərTAc xəbər verir ki, bu sözləri Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Frank-Valter Ştaynmayer bildirib ki, Almaniya Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edən bütün ölkələr, o cümlədən Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək istəyir. Azərbaycan strateji baxımdan Şərq və Qərb arasında vacib bir ölkədir, körpü rolunu oynayır. Azərbaycan, həmçinin enerji baxımından vacib ölkədir, Avropanın enerji təhlükəsizliyinin təminində böyük rol oynayır. Azərbaycan regionda yeganə ölkədir ki, Rusiya ilə yanaşı, Almaniyanın da bu ölkədə Xarici Ticarət Palatası fəaliyyət göstərir və 140 üzvü özündə birləşdirir. Bu da bizim iqtisadi əlaqələrimizin geniş olmasının göstəricisidir. Bundan başqa, “Cənub” qaz dəhlizi ikitərəfli əməkdaşlığımızın daha da inkişafı üçün böyük perspektivlər açır.
Ölkəmizə son səfərini xatırladan almaniyalı nazir dinamik inkişafın, modernləşmənin simvolu olan Bakının daha da gözəlləşdiyini vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşdə hər iki ölkə üçün maraq doğuran məsələlərin müzakirə olunduğunu deyib.
O bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi üç milyard dollara yaxın olub və bu rəqəmin daha da artırılması istiqamətində əməkdaşlıq davam etdirilməlidir.
Görüşdə təhsil sahəsində də əməkdaşlığın müzakirə edildiyini deyən E.Məmmədyarov bildirib ki, həmçinin regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

