/ / Deputat: Belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirir
Deputat: Belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirir
30.10.2014 [10:10]
“Belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirir”. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi və üzərlərində qondarma “məhkəmə” qurulması ilə bağlı suala cavabını şərh edərkən deyib.
Qeyd edək ki, oktyabrın 28-də ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesinə münasibət bildirməkdən imtina edib. O, fikrini belə əsaslandırıb ki, “bu işlə bağlı bizdə kifayət qədər məlumat yoxdur”.
Z.Oruc deyib ki, bu hal ABŞ-ın dövlət siyasətində ikili standartların, ayrı-seçkiliyin əyani göstəricisidir: “Yadınızdadırsa, bu il avqustun əvvəlində erməni diversiya qruplarının təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində və qoşunların təmas xəttində vəziyyət kifayət qədər gərginləşdi. Həmin vaxt Tovuz rayonu ərazisində sərhədi keçmək istəyən erməni diversiya qrupunun 3 üzvü məhv edildi, Karen Petrosyan adlı digər dəstə üzvü isə saxlanıldı. Saxlanılan şəxs avqustun 8-də dünyasını dəyişdikdən dərhal sonra ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək Karen Petrosyanın ölüm xəbərinə görə dərin narahatlıq hissi keçirdiyini bildirmiş, onun yaxınlarına başsağlığı vermişdi. Təəssüf ki, ABŞ artıq bir neçə aydır, öz doğma torpaqlarını ziyarət edərkən öldürülmüş Həsən Həsənov və girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə münasibət bildirmir, hələ bu azmış kimi Dövlət Departamentinin rəsmisi bu haqda məlumatlarının olmadığını deyir. Bu, ikili standartlar, ayrı-seçkilik və erməni təəssübkeşliyi deyilmi?”
Deputat qeyd edib ki, ABŞ rəsmisinin “məlumatsızlığı” həm də təəccüb doğurur: “Dövlət Departamenti, bu ölkənin ayrı-ayrı təşkilatları Azərbaycanda bu və ya digər qanun pozuntularına görə həbs olunmuş bəzi şəxslər haqqında öz maraqlarına uyğun “müfəssəl məlumatlılıq” nümayiş etdirir, ardı-arası kəsilməyən bəyanatlar verir, onların işini siyasiləşdirir. Elə təsəvvür yaranır ki, sanki Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin və bəzi digər şəxslərin işi ABŞ-ın xarici siyasətinin əsas məsələsini təşkil edir. Tam əminliklə deyə bilərəm ki, “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational” və digər bu kimi təşkilatlar konkret təlimatlar əsasında Azərbaycanı hədəfə götürür, müxtəlif tədbirlər təşkil edir və bəyanatlar verirlər. Amma iş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğalı faktı, ölkəmizin milli maraqlarına gəldikdə, onlar ya dərin susqunluq və məlumatsızlıq nümayiş etdirir, ya da növbətçi ifadələrlə suallardan yayınırlar. Hesab edirəm ki, belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirmir”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22

