Daha bir beynəlxalq qurumun qərargahı Azərbaycanda yerləşəcək
07.11.2014 [09:41]
“Bu, Azərbaycan üçün çox mühüm sazişdir. Biz aviasiya və hava məkanından istifadə sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”.
AzərTAc xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsinin şərtləri haqqında Saziş” imzalanandan sonra jurnalistlərə müsahibəsində səsləndirib.
X.Xələfov deyib: “Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurasının qərargahının Bakıya köçürülməsi göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu möhkəmlənir, ölkəmizin regionda, o cümlədən MDB regionunda rolu artır, ən başlıcası isə Bakıda daha bir beynəlxalq qurumun qərargahı yerləşəcək. Bu isə bizə beynəlxalq təşkilatlar çərçivəsində həmin Sazişin iştirakçısı olan dövlətlərlə əməkdaşlıq etmək imkanı verir. Zənnimizcə, Saziş əsasında qərargahın Bakıda yerləşməsi və əməkdaşlarının fəaliyyəti üçün ən yaxşı şərait yaradılacaq. Əminəm ki, bu, Sazişin iştirakçısı olan bütün dövlətlərin maraqlarına xidmət edəcək”.
Xatırladaq ki, noyabrın 6-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsinin şərtləri haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası tərəfindən Beynəlxalq Aviasiya Komitəsinin prezidenti və Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurasının prezidenti Tatyana Anodina imzalayıblar.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19

