/ / Beynəlxalq Antikorrupsiya Akademiyasının üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının Bakıda keçirilən 3-cü sessiyası başa çatıb
Beynəlxalq Antikorrupsiya Akademiyasının üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının Bakıda keçirilən 3-cü sessiyası başa çatıb
22.11.2014 [12:06]
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının Bakıda keçirilən 3-cü sessiyası noyabrın 21-də öz işini başa çatdırıb.
AzərTAc xəbər verir ki, sessiyanın sonuncu günündə Assambleyanın 4-cü sessiyasının ilkin gündəliyi və 3-cü sessiyanın hesabatı müzakirə edilərək qəbul olunub, regional qruplar arasında görüşlər keçirilib.
Assambleyanın 3-cü sessiyasının bağlanışında çıxış edən Azərbaycanın baş prokuroru, Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının sədri Zakir Qaralov uğurlu keçən tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif ölkələrin təcrübəsinin öyrənildiyini, səmərəli fikir mübadiləsinin aparıldığını bildirib. Baş prokuror Assambleyanın 3-cü sessiyasının korrupsiyaya qarşı mübarizə istiqamətində qlobal səviyyədə əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacağına və bu sahədə mühüm nəticələrin əldə edilməsinə töhfə verəcəyinə əmin olduğunu söyləyib.
Zakir Qaralov Azərbaycanın Assambleyaya sədrliyi dövründə əsas prioritetlərin Akademiyanın tədris müəssisəsi kimi ənənəvi yay kurslarının təşkili sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsi, təşkilata üzv dövlətlərin sayının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və bölüşdürülməsi məqsədilə keçirilən treninqlərin coğrafiyasının müxtəlif mövzular üzrə regional konfransların təşkili yolu ilə genişləndirilməsi, habelə korrupsiyanın ayrı-ayrı növləri üzrə istintaq metodikasını əks etdirən tövsiyələr və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici bələdçilərin hazırlanması olacağını qeyd edib. IACA Assambleyasının sədri, baş prokuror digər mühüm məsələ kimi, təşkilatın üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün tədris ocağının ianə və maliyyə mənbələrinin artırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən Akademiyaya maddi dəstəyin verildiyini deyib, bu istiqamətdə müvafiq addımların gələcəkdə də atılacağına əminliyini ifadə edib.
Assambleyanın sədri Zakir Qaralov çıxışının sonunda sessiya iştirakçılarına dərin minnətdarlığını bildirib, ölkəmizin paytaxtı Bakı şəhəri, onun mədəniyyəti və mətbəxi ilə tanışlığın qonaqların yaddaşında silinməz iz buraxacağına ümidvar olduğunu bildirib.
Sonda IACA Assambleyasının 3-cü sessiyasının Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə potensialın genişləndirilməsi üzrə birgə səylərin əhəmiyyəti qeyd edilib, qərarlılıq, milli və beynəlxalq səviyyədə təhsil, təlim vasitəsilə antikorrupsiya mühitinin qurulması təşəbbüslərinə tam dəstək vurğulanıb. Texniki innovasiyalar, müvafiq təhsil və təlim, səmərəli, faydalı və şəffaf ictimai xidmətlərin göstərilməsi, elmi tədqiqatların ictimai sektorda antikorrupsiya mühitinin formalaşmasında, korrupsiya cinayətlərinin qarşısının alınmasında vacibliyi diqqətə çatdırılıb.
Bəyannamədə, həmçinin IACA-nın uzun müddət davamlılığını təmin etmək üçün onun maliyyə mənbələrinin gücləndirilməsinin zəruriliyi vurğulanıb, dövlətlər, beynəlxalq ictimaiyyət və təşkilatlar, digər maraqlı tərəflər Akademiyanın maliyyə təminatına dəstək verməyə və qurum üçün vəsait toplanması üzrə işlərdə fəal iştirak etməyə çağırılıb.
Bəyannamənin sonunda Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi və ölkəmizin korrupsiya ilə mübarizə sahəsində irəli sürdüyü ən son təşəbbüslərlə tanış olmaq istiqamətində çoxşaxəli imkanlar təklif etdiyi üçün Azərbaycan Respublikasına minnətdarlıq bildirilib.
IACA Assambleyasının 3-cü sessiyasının bağlanışından sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakıdakı 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında yaradılmış şərait ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21

