“Azadlıq” erməni qəzetidir... Niyə???
29.11.2014 [11:25]
Sirr deyil ki, Azərbaycan dövlətinin ildən-ilə güclənməsi, qüdrətlənməsi, artıq təkcə Cənubi Qafqaz regionunda deyil, daha böyük coğrafiyada əsas dövlətlərdən biri sayılması ölkəmizlə dost və tərəfdaş olan ölkələrdə pozitiv təəssüratlar yaratsa da, anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Məhz bu narahatlıqdan irəli gələrək həmin dairələr əldə edilmiş uğurların üzərinə kölgə salmağa çalışır, əsassız ittihamlarla dövlətimizin imicinə zərbə vurmağa cəhd göstərirlər.
Təbii ki, milli maraqları əsas götürən hər bir şəxs dövlətinin uğurlarına sevinməli, hətta buna müəyyən töhfələr verməlidir. Əks halın müşahidə olunması isə onu deməyə əsas verir ki, həmin şəxslər ya bu xalqın nümayəndəsi deyil, ya da düşmənlə eyni yola xidmət göstərir. Bu sırada radikal düşərgənin ruporlarından olan “Azadlıq” qəzeti də xüsusilə fərqlənir. Bu mətbuat orqanının göstərdiyi fəaliyyət, sərgilədiyi mövqe onların kimliyini ortaya qoyan, “Azadlıq”ı erməni qəzeti adlandırmağa əsas verən faktlar qismində çıxış edir.
Azərbaycan dövlətinə qarşı qara piar kampaniyası aparan bu qəzet hər addımda məhz ermənilərin ruporu qismində çıxış etdiyini ortaya qoyur. Çünki hər iki tərəf göstərişi bir mənbədən alır və eyni məqsədə xidmət göstərir: bu, Azərbaycanın imicinə beynəlxalq aləmdə qara yaxmaqdır. Ermənilərlə sinxron fəaliyyət göstərmək AXCP sədri Əli Kərimlinin nəzarətində olan bu qəzetin missiyasına çevrilib. Bunu konkret faktlar aşkar şəkildə nümayiş etdirir.
“Azadlıq” qəzeti ermənilərlə işbirliyində...
Məlumdur ki, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Azərbaycanın artan beynəlxalq nüfuzu, heç şübhəsiz, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, o cümlədən Azərbaycan gerçəkliklərinin, xüsusilə də Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına pozitiv təsir göstərir. Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, işğalçı ölkənin daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib. Beləliklə, Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə etməkdədir.
Nəticə etibarilə, ermənilər, ermənipərəst və anti-azərbaycançı dairələr bu uğurları görürlər və bu nailiyyətlərin onların məğlubiyyətini şərtləndirdiyini başa düşürlər. Bununla yanaşı, çıxış yolu da tapa bilmirlər. Çünki Azərbaycan dünya üçün daha böyük maraq kəsb edir, etibarlı tərəfdaş kimi tanınır. Dalana dirənən ermənilərin xilaskarı rolunda isə yenə də “Azadlıq” qəzeti çıxış etməyə başlayır. Onlar üçün “Azadlıq” qəzetində yer alan və Azərbaycan dövlətinin marağına yönəlik yazılar, bir növ, “nəfəslik” açır. Bu isə növbəti dəfə onu göstərir ki, “Azadlıq” qəzetinə Azərbaycanın maraqlarına qarşı yazıları yazan maraqlı dairələr ya birmənalı şəkildə ermənipərəst qüvvələrdir, ya da ermənipərəst qüvvələrlə “Azadlıq” qəzeti eyni “mənbədən” qidalanır. Azərbaycanın hər dəfə açıq üstünlük əldə etdiyi, mühüm bir uğura imza atdığı məqamda ermənilərin “Azadlıq”la işbirliyinə getməsi yeni hal deyil. Məhz “People in Need” kimi ermənilərlə işbirliyində olan, Dağlıq Qarabağdakı erməni separatçılarına yardım etmək üçün yaradılmış təşkilatla sinxron fəaliyyət göstərmək “Azadlıq”ın mahiyyət və mövqeyini aşkar şəkildə əks etdirir.
Erməni ruporu olan “Azadlıq” qəzetinin antimilli mahiyyətini əks etdirən növbəti fakt...
“Azadlıq” qəzetinin antimilli mövqeyini əks etdirən növbəti fakta nəzər yetirək. Məlum olduğu kimi, ABŞ Konqresinin üzvləri El Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit Qalleqo və Skott Perri Prezident Barak Obamaya məktublarla müraciət edərək Azərbaycanı dəstəkləməyə çağırıblar. Konqresmenlər ABŞ-ın Azərbaycanla tərəfdaşlığını davam etdirməsinin çox vacib olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri strateji baxımdan önəmli bir regionda Birləşmiş Ştatların sınanmış və vacib müttəfiqidir. Bildirilib ki, ABŞ-ın xarici siyasətinin təhdidlərlə üzləşdiyi bir məqamda bu ölkənin öz müttəfiqlərinin dostluğuna və dəstəyinə ehtiyacı var. ABŞ Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ilə terrorizmə qarşı mübarizədən enerji təhlükəsizliyinin təmininə qədər müxtəlif sahələrdə güclü tərəfdaşlıq qurub.
Məktublarda vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir. Azərbaycanın qədim etnik və dini tolerantlıq tarixinin olduğunu bildirən konqresmenlər əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bu dünyəvi ölkədə əsrlərdir xristian və yəhudi icmalarının sülh şəraitində yaşadıqlarını qeyd ediblər. Konqresmenlər ekstremizmə qarşı mübarizədə də ABŞ-ın vacib tərəfdaşı olan Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün nümunə kimi səciyyələndiriblər.
Konqres üzvləri Prezident Barak Obamanı ABŞ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə çağırıblar.
Əlbəttə, bu məktublarda ABŞ hakimiyyətindən Azərbaycana qarşı birmənalı şəkildə obyektiv və ədalətli mövqe tələb olunur. Bu, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli probleminə, “907”ci düzəliş məsələsinə, Azərbaycanın demokratik inkişafına dəstək verilməsinə və digərlərinə aiddir. Lakin antimilli rupor imici daşıyan “Azadlıq” qəzeti bu məsələdə də Azərbaycanın milli maraqlarına zidd hərəkət edərək məsələni siyasi manipulyasiya vasitəsinə çevirir, dolayısıyla, anti-azərbaycançı mövqedən çıxış edir... Qəzetin 28 noyabr tarixli sayında dərc edilmiş “Hakimiyyət konqresmenləri Obamaya minnətçi salıb” sərlövhəli yazıda bu mətbuat orqanı aşkar surətdə Azərbaycan dövlətinin mənafeyinin heçə sayılması, o cümlədən, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinin üzərinə kölgə salmaq cəhdi aydın sezilir. Bu yazı, eyni zamanda, onu göstərir ki, Azərbaycanın inkişafı, dünya ictimaiyyətindən obyektiv və ədalətli münasibət görməsi bir erməni lobbisi və ermənipərəst dairələri, bir də “Azadlıq” qəzeti kimi anti-azərbaycançı ruporları narahat edir. Məhz bu faktın özü “Azadlıq” qəzetinin antimilli mahiyyətini əks etdirən növbəti göstərici kimi çıxış edir.
Neftin ucuzlaşması “Azadlıq” qəzetini niyə sevindirir?
Son vaxtlarda dünya bazarında neftin qiymətinin aşağı düşməsinə sevinənlər sırasında bir erməniləri, bir də “Azadlıq” qəzetini xüsusi qeyd etmək lazımdır. Bu günlərdə Ermənistan cəmiyyətində neftin ucuzlaşmasının karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycana əks təsirləri ilə bağlı xəyallar qururlar, bu barədə təcavüzkar ölkənin KİV-ində uydurma yazılar dərc olunur. Ermənilərin neftin ucuzlaşmasına sevinmələrinin motivləri başadüşüləndir. Onlar düşməndirlər və respublikamıza qarşı təcavüzkarlıq siyasəti həyata keçirirlər. Düşmən ölkədən bu cür mövqe gözləniləndir. Bəs “Azadlıq” qəzeti? Nədən bu qəzet Azərbaycanın da dünya bazarına çıxardığı əsas məhsullardan olan neftin qiymətində müşahidə edilən azalmanı hər gün öz “auditoriya”sına, az qala, xoş bir müjdə kimi çatdırmaq üçün böyük canfəşanlıq göstərir?
Neft-qaz ehtiyatları Azərbaycanın milli sərvətidir. Ölkəmizdə tarixən neft hasilatı və emalı sahəsində zəngin ənənələr formalaşıb. Karbohidrogen ehtiyatlarının hasilatı və emalı ilə bağlı sahələr bu gün də Azərbaycan iqtisadiyyatının lokomotivi rolunda çıxış edir. On illər boyu ölkəmizin sosial-iqtisadi inkişafı, eləcə də hər kəsin, hər bir ailənin gün-güzəranı bu və ya digər dərəcədə neft amili ilə bağlı olub və bu gün də belədir.
Müstəqilliyinin ilk illərində-AXC-”Müsavat” iqtidarı dövründə, hətta həyati əhəmiyyətli layihələri belə icra etməyə, pensiya və digər sosial müavinətləri ödəməyə maliyyə vəsaiti tapmayan Azərbaycan Ulu öndər Heydər Əliyevin müəlliyi olduğu uğurlu neft strategiyası sayəsində qısa müddətdə sərmayələr ixrac edən ölkəyə çevrilib. Bu gün respublikamız iqtisadiyyatı dünya üzrə ən sürətlə genişlənən, öz potensialını ilbəil artıran, müsbət makroiqtisadi göstəricilərini getdikcə daha da yaxşılaşdıran bir ölkə kimi tanınır. Dünyada baş verən siyasi, iqtisadi kataklizmlərə baxmayaraq, respublikamız sabitlik, inkişaf və rifah adası kimi səciyyələnir. Bu gün Azərbaycanın regional və qlobal miqyasda gedən geosiyasi proseslərin nüfuzlu aktoruna çevrilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mövqelərini daha da möhkəmləndirməsi ölkənin hər bir vətəndaşında haqlı qürur hissi doğurur.
Bütün bu uğurların qazanılmasında neft amili, uğurla həyata keçirilən yeni neft strategiyası müstəsna rol oynayıb. Respublikamızın karbohidrogen ehtiyatlarından əldə etdiyi gəlirlər ölkəmizdə həyat səviyyəsinin yüksəlməsində, maaşların, pensiya və müavinətlərin ilbəil artmasında öz əksini tapır. Ölkəmizdə işsizlik və yoxsulluq təxminən 5 faizlik həddə düşüb ki, bu da, hətta bir sıra inkişaf etmiş ölkələrin belə həsəd aparacağı göstəricidir. Neft gəlirləri Azərbaycanın şəhərbəşəhər, kəndbəkənd abadlaşmasında əks olunur.
Azərbaycanın bütün bu uğurlarının müqabilində “Azadlıq”ın ermənilərlə birlikdə neftin qiymətinin ucuzlaşmasına sevinməsi AXCP sədri Əli Kərimlinin öz diktələrinin ruporuna çevirdiyi bu qəzetin də düşmənlərimizlə eyni səngərdə yer almasına, erməni işinə xidmət göstərən mərkəzlərə bağlı olduğuna və onların sifarişlərini yerinə yetirdiyinə dəlalət edir. Ancaq məlum səbəblərdən ermənilərin ruporu olan “Azadlıq”ın sevinməsinə heç bir əsas yoxdur. Respublikamızın maliyyə-iqtisadi potensialı, iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılıq sindromundan yan keçmək üçün vaxtında həyata keçirilən prevantiv tədbirlər bundan sonra da Azərbaycanın dinamik inkişafını təmin edəcək.
Leyla Yunusovanın ifşasından bir ermənilər narahatdır, bir də “Azadlıq” qəzeti...
Bu kontekstdə digər bir məqamı da diqqətə çatdırmaq lazımdır. Adını “hüquq müdafiəçisi” qoymuş Leyla Yunusova-Barseqyanın kimliyi Azərbaycan cəmiyyətində hər kəsə bəllidir. Onun istər hələ AXC-”Müsavat” hakimiyyəti illərində, istərsə də “vətəndaş cəmiyyəti” institutu təmsilçisi kimi ermənilərə xidmət göstərdiyinin isə artıq isbata ehtiyacı yoxdur. “Hüquq müdafiəçisi” cildinə girərək Laura Baqdasaryan, David Şahnazaryan və başqa erməni xüsusi xidmət orqanlarının işçiləri ilə şərikli layihələrinin də məğzi hər kəsə bəllidir. L.Yunusovanın bütün fəaliyyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinin ermənilərə verilməsi və ya bu işğal altında olan ərazilərdə “müstəqil dövlət” yaradılmasına yönəlib. Onun hələ Müdafiə Nazirliyinin əməkdaşı olduğu dövrlərdə Azərbaycanın dövlət sirrlərini ermənilərə satması da aşkardır.
Daim Azərbaycanı, onun dilini, dövlət atributlarını, xalqını təhqir edən, L.Yunusovanın bu addımlarının arxasında onun erməni ailəsinin üzvü olması dayanır. Məhz xəyanətləri ifşa edilən kimi aradan çıxmağa çalışan və yenə də ermənipərəst dairələrə sığınan bu şəxs qanun qarşısında cavab verir. Bütün Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ məsələsində yekdil fikrə malik olduğu kimi dövlətə xəyanət, Dağlıq Qarabağ ətrafında gedən proseslərə yanaşmada da yekdildir. Bəs, görəsən bu yekdil ictimai rəyə “Azadlıq” qəzeti niyə qoşulmur? Onları Azərbaycanın haqq işinə, Dağlıq Qarabağın erməni işğalından azad edilməsinə deyil, ermənilərə işləyənləri müdafiə etməyə hansı maraq yönləndirir?
Bütün “güc”ünü L.Yunusovanı və onun kimi xəyanətkarları müdafiə etmək üçün səfərbər edən bu qəzet və onun sahibi düşünmədi ki, onların bu “müdafiə sistemi” “dəvəquşunun quma gizlənməsindən” o yana keçə bilmir və qəzet bu addımı ilə öz ermənipərəstliyini açıq şəkildə hər kəsə göstərirlər. Yəni ermənini müdafiə etmək elə erməninin boynunun borcudur ki, bu borcdan da “Azadlıq” qəzeti “sevə-sevə” çıxır... Ermənilərə işləyəni qınamaq əvəzinə, onu müdafiə etmək yalnız bir həqiqətin üzərinə işıq salır: siz eyni yolun yolçularısınız...
Bu qəzet ermənilərin Azərbaycandakı mətbu orqanıdır
Bütün bu sadalananlar bir daha sübut edir ki, “Azadlıq” qəzeti ermənilərin maliyyəsi ilə onlara xidmət göstərən mətbu rupordur. Ermənipərəst dairələrin maliyyələrinin qarşılığında onların bir sıra layihələrində yer alan bu qəzet və onun sahibi Əli Kərimli açıq xəyanətləri ilə aldığı maliyyə vəsaitinin qarşılığını verir. Ermənilər isə bu qəzetin səhifələrində yer alan yalanları beynəlxalq aləmdə ölkəmizə qarşı apardıqları mənfur təbliğatın bir parçasına çevirirlər. Hətta bəzi materiallarından özləri üçün “fakt” düzəldib dünyaya təqdim edirlər.
Bəli, inkarolunmaz həqiqətdir ki, istər Əli Kərimli, istərsə də onun nəzarətində olan bu mətbu rupor dünya erməniliyinin danışan dilinə çevrilib. Bu qəzet qarşısına bir məqsəd qoyub: ermənipərəst dairələr və ya ermənilər özlərinə lazım olanları bu qəzetin səhifəsindən axtarıb tapa bilsinlər və məhz bu gün ermənilər “Azadlıq”ın hər səhifəsində özlərinə lazım olanları tapırlar. Bu isə onu göstərir ki, ermənilərin Azərbaycan dövlətinə, xalqına olan düşmən münasibəti ilə “Azadlıq” qəzetinin xəyanətkar münasibəti üst-üstə düşür.
Ermənilər “Azadlıq” qəzetini oxumaqdan həzz alırlar
Bütün bunların fonunda ortaya qanunauyğun bir nəticə çıxır: bu, ondan ibarətdir ki, ermənilər “Azadlıq” qəzetini oxumaqdan həzz alırlar. Bunun da səbəbi bəllidir. Qeyd etdiyimiz kimi, ermənilər bu qəzetin səhifələrində yer alan yalanları və iftiraları beynəlxalq aləmdə ölkəmizə qarşı apardıqları mənfur təbliğatın bir parçasına çevirirlər. Belə olan halda ermənilər niyə “Azadlıq”ı qoyub hansısa başqa qəzeti oxumalı və təbliğat vasitəsi kimi istifadə etməlidirlər? Çünki onlara lazım olan məhz “Azadlıq” qəzetində yazılıb.
Maraqlısı odur ki, ermənilər Azərbaycanda fəaliyyət göstərən çoxsaylı mətbuat orqanlarından yalnız “Azadlıq” qəzetinə istinad edir. Məhz buna görə də Azərbaycan ictimaiyyəti haqlı olaraq soruşur: Nə üçün? Hansı səbəbə görə Azərbaycana münasibətdə düşmən mövqe tutmuş Ermənistanın informasiya potalları, xəbər agentlikləri, hətta bəzi qəzetləri ölkəmizin əleyhinə söylənilmiş fikirləri “Azadlıq”dan götürür? Bu sualın cavabı birmənalıdır: “Azadlıq” qəzeti Azərbaycanın milli maraqlarına zərbə vurmaq üçün ermənilərin təbliğat ruporu rolunu oynayır.
Beləliklə, sadalananlardan bir daha bu gerçəklik hasil olur ki, bu qəzetin fəaliyyəti ermənilərin Azərbaycan dövləti və xalqına qarşı təxribatçı hərəkətləri ilə üst-üstə düşür, hətta hər iki tərəf sinxron hərəkət etməklə dövlətimizi hədəfə alırlar.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06

