Qərb niyə susur?
02.12.2014 [09:09]
Ermənistan iqtidarının öz opponentlərinə qarşı istifadə etdiyi orta əsr metodları nədən avropalı “hüquqsevərlər”i narahat etmir?
Ermənistanda zaman ötdükcə ictimai-siyasi kataklizmlər daha da güclənir. Erməni ekspertlər siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edirlər. Qeyd edilir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
Bu ölkədə nəşr olunan “Armenia today” isə yazır ki, siyasi gərginliyin artmasına xidmət edən bütün bu hallar iqtisadi böhranı daha da dərinləşdirir. Vətəndaşlar Ermənistanın hazırkı durumundan narazıdırlar və ölkə sosial inqilab astanasındadır. Siyasi ekspertlər qeyd edirlər ki, Ermənistanda kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün, sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. İlk növbədə, işğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir.
Bəhs olunan nəşr yazır ki, cari ilin yekun iqtisadi göstəricilərinə nəzər yetirdikdə belə bir qənaətə gəlmək olur ki, rəsmilərin hesabatlarının əksinə olaraq, bu ölkədə nəinki heç bir iqtisadi artım qeydə alınmayıb, hətta ciddi geriləmə tendensiyası aktual olub. Yekun qənaət budur ki, Ermənistan növbəti dəfə ciddi kataklizmlərin məngənəsindədir. Ekspertlər vətəndaş müharibəsinə doğru sürüklənən işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər.
Ermənistanda müxalifətçi və ictimai fəal “ov”u
Siyasi narazılıq və ziddiyyətlər daha çox qarşıdurma və aksiyalarla müşahidə edilir. Son zamanlar isə Ermənistanda müxalifətçilərə və ictimai fəallara qarşı “ov” başlayıb. Məlum olduğu kimi, İrəvanda müxalifətçilərə və ictimai fəallara məxsus 6 avtomobil yandırılıb. Biri istisna olmaqla maşınların hamısı müxalifət hərəkatı olan “Predparlament” hərəkatının üzvlərinə məxsusdur. Yandırılan avtomobillərin 6-nın şüşəsinə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıb. Üstəlik, həmin maşınlar ötən həftə İrəvanda keçirilmiş “Rejimsiz yüzillik” avtoyürüşü adlı aksiyaya qatılmışdı. 7-ci maşın isə nəqliyyatda gediş haqqının bahalaşmasına etiraz aksiyasında fəal iştirak etmiş və əvvəllər də naməlum şəxslər tərəfindən hədələnən Karen Arutyunyana məxsusdur. Maşını yandırılan müxalifətçilər əmindirlər ki, bunun təşkilatçısı kriminal elementlərlə birləşmiş hakim rejimdir. Tezliklə məlum olub ki, bu yanğınlar, əslində, ictimai fəallara qarşı “ov”un yalnız başlanğıcı imiş. Hadisə ilə bağlı “Predparlament” hərəkatının keçirdiyi etiraz aksiyasında iştirak etmiş hərəkat üzvü Qevork Safaryan aksiyadan sonra hücuma məruz qalıb. Naməlum şəxslər ona hücum edərək başına ağır zərbələr endiriblər. Huşunu itirmiş Safaryan təcili olaraq “beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya çatdırılıb. Özünə gələndən sonra verdiyi ilk açıqlamadaca o, hücumu müxalifətçi hərəkata qarşı təzyiq adlandırıb: “Əvvəlcə maşınlarımızı yandırıblar, indi də hücumlar başlayır. Hakim rejim bizi qorxutmaq istəyir”.
Göründüyü kimi, Ermənistanın paytaxtında müxalifətçilərin maşınlarına od vurulur, paytaxtın müxtəlif yerlərində avtomobillər od tutub alışır. Hüquq-mühafizə orqanları bunları “xuliqanlıq” kimi qəbul edərək hadisələrlə bağlı təhqiqatları birləşdirməkdən imtina edir. Qevork Safaryanın başına gətirilənlər isə göstərir ki, mülkiyyətlərinin yanmasından nəticə çıxarmayanların həyatları da təhlükə qarşısındadır.
“Demokratiya və insan hüquqları keşikçiləri”nin gerçək siması və ikili standartları
Bütün bunların fonunda əsas məsələ budur ki, özlərini “demokratiya və insan hüquqlarının keşikçisi” kimi dünya ictimaiyyətinə təqdim edən bir sıra təşkilatlar bütün bu antidemokratik hadisələrdən, repressiya faktı və dağıdıcı hallardan yan keçirlər. Başqa sözlə, daim Azərbaycanda ictimai fəallara “təzyiq”, “basqı” haqqında danışan xarici təşkilatlar - Avropanın “hüquqsevər” qurumları İrəvanda baş verənlərə münasibət bildirməyə tələsmirlər. Bakıda hansısa blogerə dayanacaqda kiminsə sillə vurmasını “siyasi təzyiq” adlandıran və birbaşa ölkə rəhbərliyinə ard-arda müraciətlər ünvanlayan xarici təşkilatlar, yəqin ki, Ermənistan paytaxtında 10-a yaxın maşının eyni vaxtda alışmasını, onların hamısının müxalifətçilərə məxsus olmasını, maşınların hər birinin cəmi 1 həftə əvvəl hakim rejimə qarşı təşkil olunmuş avtoyürüşdə iştirak etməsini “xoş təsadüf” sayır.
Görünən odur ki, beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi altında çıxış edən təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayır. Dolayısıyla, sadalananlar Ermənistandakı antidemokratik halların fonunda “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” kimi təşkilatların “demokratiya” anlayışını aşkar edir. Məhz bu fakt “demokratiya”, “insan hüquqları” anlayışlarını əldə bayraq edən qurumların, əslində, hansı prinsiplər əsasında fəaliyyət göstərdiyini bir daha əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

