/ / Sahibə Qafarova: Azərbaycan dövlətinin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır
Sahibə Qafarova: Azərbaycan dövlətinin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır
06.12.2014 [12:07]
Parisdə Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Elm, Təhsil və Media Komitəsinin təşkilatçılığı ilə “Mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi” mövzusunda konfrans keçirilib. Tədbirdə bir sıra ölkələrdə media azadlığı ilə bağlı problemlər, jurnalistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin üzvü, AŞ PA-nın Alt komitəsinin sədri Sahibə Qafarova ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün görülən tədbirlər barədə məlumat verib.
Millət vəkili qeyd edib ki, zəngin mətbuat ənənələri olan Azərbaycan bu gün demokratik inteqrasiyanı, Qərb institutları ilə səmərəli əməkdaşlığı özünün prioritetləri kimi elan edib. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən demokratik islahatlar söz və mətbuat azadlığının möhkəmlənməsinə, medianın ictimai təsir gücünün və nüfuzunun artmasına imkan verib: “Azərbaycanda söz və mətbuat azadlığı çox möhkəm hüquqi baza ilə təminat altına alınıb, jurnalistlərə qarşı diffamasiya hallarına yol verilmir. Dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı Fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Yaradılan əlverişli mühitin nəticəsidir ki, bu gün ölkədə yüzlərlə mətbu orqanı dövlət qeydiyyatına götürülüb, 4800-ə qədər KİV mövcuddur”.
Sahibə Qafarova vurğulayıb ki, bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan öz demokratik yolla inkişaf məqsədinə sadiqdir və atılan addımlar, o cumlədən, azad, müstəqil və güclü medianın formalaşmasına xidmət edən tədbirlər də məhz bu amala xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

