Azərbaycanın informasiya təhlükəsizliyində medianın rolu müzakirə olunub
06.12.2014 [12:13]
Dekabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyində medianın rolu” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə son dövrlərdə cəbhəboyu zonada baş verən hadisələrlə bağlı bir sıra KİV-lərin cəmiyyətə düzgün informasiya çatdırmaması qeyd olunub, bu sahədə mühüm işlərin görülməsinin zəruriliyi xüsusi vurğulanıb.
Bildirilib ki, belə halların qarşısının alınması üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə avqustun 29-da dövlət orqanlarının mətbuat xidmətləri və KİV rəhbərlərinin müşavirəsi keçirilib. Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamda bununla bağlı konkret vəzifələr müəyyənləşdirilib.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək vurğulayıb ki, cəbhəboyu zonada baş verən hadisələr həm də Azərbaycanın informasiya məkanında müxtəlif boşluqların olduğunu, mövcud söz azadlığı mühitindən sui-istifadə hallarının, yaranmış vəziyyətdə qeyri-adekvat reaksiyaların təhlükə həddinə çatdığını göstərir. Bu istiqamətdə görülən işlərdən danışan sektor müdiri artıq müvafiq dövlət orqanlarının Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Vüqar Əliyev deyib ki, həm Sərəncamda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həm də aparılan ictimai müzakirələr mediada dövlət sirri kəsb edən informasiyaların yayılmasının qarşısının alınmasına, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin operativliyinin təmin edilməsinə, KİV-lərin məsuliyyətinin artmasına və bu kimi mühüm məsələlərə daha peşəkar yanaşmasına səbəb olacaq.
Ötən dövrdə bu məsələlərlə bağlı mətbuatın fəaliyyətində irəliləyişin müşahidə olunduğunu vurğulayan sektor müdiri qeyd edib ki, ilk növbədə redaksiyalarda müxtəlif sahələr üzrə ixtisaslaşmanın aparılması, həmin sferalara yaxından bələd olan jurnalistlərin müəyyənləşdirilməsi və müvafiq dövlət orqanlarında akkreditasiya olunması vacib şərtlərdən biridir. Xüsusilə hərbi sahə, cəbhə xəttində baş verən insidentlərlə bağlı informasiyalar Müdafiə Nazirliyi ilə əlaqələndirilməlidir.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlər görülməkdədir.
Çıxışlarda, həmçinin informasiya təhlükəsizliyi məsələsində hər bir vətəndaşın, o cümlədən media nümayəndələrinin dövlət maraqları mövqeyindən çıxış etməsinin, informasiyaların təhlil olunmasının, jurnalistika fakültələrində informasiya təhlükəsizliyinin tədrisinin, hərbi jurnalistika ixtisasları üzrə peşəkar media nümayəndələrinin yetişdirilməsinin və s. vacibliyi qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58

