Qafar Əliyev: Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın xilaskarı və qurucusudur
12.12.2014 [09:57]
“Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin yaranmasında, qurulmasında və onun xilas edilməsində müstəsna xidmətləri var. Ona görə də biz Ulu öndər Heydər Əliyevi müasir və müstəqil Azərbaycanın banisi, xilaskarı və qurucusu adlandırırıq”. SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev deyib.
Q.Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandığı dövrdə ölkəmiz faktiki olaraq dağılırdı: “Ümummilli lider Heydər Əliyev olmasaydı, müstəqil Azərbaycan Respublikası ya olmayacaqdı, ya da olsaydı, indiki Suriya, İraq, Əfqanıstanı xatırladan bir dövlət olacaqdı. Sual oluna bilər ki, niyə? Çünki Azərbaycanın zəngin neft və qaz ehtiyatları olduğundan dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Yəni, Xəzərin zəngin sərvətlərini bölmək üçün dünya dövlətləri Azərbaycanı öz aralarında parçalamaq istəyirdi. Bizim başımıza gələn faciələrin də mənbəyi bundadır. Ona görə də Azərbaycan müstəqillik qazandığı ilk illərdə torpaqlarının 20 faizi işğal olundu və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün durumuna düşdü. Əgər Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın digər əraziləri də işğal olunub, ətraf dövlətlər tərəfindən bölünəcəkdi. Şükürlər olsun ki, Tanrının Azərbaycan xalqına bəxş etdiyi Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələrək, Azərbaycanı bu parçalanmadan xilas etdi”.
PA rəsmisi deyib ki, Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini əbədi etməkdən ibarətdir: “Ulu öndər Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsini yaratdı. Ulu öndər Heydər Əliyevin belə bir fikri var. “Azərbaycanın və ya hər hansı bir dövlətin dövlət müstəqilliyinin qazanılması asandır, nəinki bu müstəqilliyi qoruyub saxlamaq”. Həqiqətən də, müstəqilliyin qorunub saxlanılması onu qazanmaqdan qat-qat çətindir. Müstəqilliyini böyük çətinliklərlə əldə edən Azərbaycanın bu gün möhkəm iqtisadi bünövrəsi yaradılıb və dövlətimiz regionun və dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir”.
Q.Əliyevin sözlərinə görə, bu gün Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə uğurlar əldə edir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

