Dövlət-din münasibətləri və milli mənəvi dəyərlərimizin təbliği
17.12.2014 [10:20]
Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6 saylı cəzaçəkmə müəssisəsində “Dövlət-din münasibətləri və milli mənəvi dəyərlərimizin təbliği” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev əsas məqsədin cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad ediləndən sonra onların sosial adaptasiyasına zəmin yaradılması olduğunu bildirib.
Qeyd edilib ki, dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi diqqət yoxdur. Ölkəmizdə üç yeni tipli cəzaçəkmə müəssisəsinin tikildiyi diqqətə çatdırılıb. Bundan başqa, respublikanın regionlarında yeddi cəzaçəkmə müəssisəsinin tikildiyi vurğulanıb. Prezident İlham Əliyevin tapşırığı əsasında penitensiar sahədə işlərin davam etdirildiyi, maddi-texniki bazanın möhkəmləndiyi bildirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, məhbuslar arasında maarifləndirici işlərin aparılması onların radikal dini təriqətlərin fəaliyyətinə uymamasına müsbət təsir göstərir.
Qeyd edilib ki, bəzi ölkələrdə İslam dinini gözdən salmağa cəhd edən radikal qruplar var. Bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət göstərir. Onlar İslama zidd qruplardır. Həmin qruplar İslam dinini gözdən salmağa çalışırlar. Məsələn, özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanı qeyd etmək olar. Bu qruplaşma İslam dininə terror damğası vurmaq üçün çalışan qruplardan yaradılıb. Belə qrupların dinə heç bir dəxli yoxdur.
Qeyd edilib ki, XXI əsrin 14 ili ərzində müharibələrdə 1 milyon 200 min insan həlak olub ki, bunun da 80 faizi müsəlman ölkələrinin payına düşür. Bu gün 30 ölkədə müharibə gedir. Bu müharibələrdən 12-si İslam ölkələrindədir.
Tədbirdə bildirilib ki, əvvəllər Azərbaycanda 17 məscid fəaliyyət göstərirdi. Hazırda isə 2050-dən çox məscid var. Ölkəmizdə dini etiqad azadlığının tam təmin edilməsi üçün hər cür şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

