Pekində AzərTAc-ın saytının Çin dili versiyasının təqdimatı olub
18.12.2014 [10:02]
Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində AzərTAc-ın internet səhifəsinin Çin dili versiyasının təqdimat mərasimi və “Azərbaycan-Çin münasibətlərinə AzərTAc-ın fotoobyektivindən baxış” mövzusunda fotosərgi keçirilib.
Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının ev sahibliyi etdiyi mərasim Azərbaycanın Çindəki səfirliyi və AzərTAc tərəfindən təşkil olub. Təqdimat mərasimində Çin Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Mətbuat, Nəşriyyat, Radio, Film və Televiziya üzrə Dövlət Administrasiyasının, Kommersiya, Mədəniyyət və Təhsil nazirliklərinin, yerli KİV-lərin, o cümlədən Sinxua agentliyinin, Çin Mərkəzi Televiziyasının (CCTV), “Renmin Ribao” rəsmi qəzetinin, Çin Beynəlxalq Radiosunun nümayəndələri, nüfuzlu araşdırma və tədqiqat mərkəzlərinin, ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə müstəqillik dövründə Azərbaycan-Çin münasibətlərində baş verən ən mühüm hadisələri əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə AzərTAc-ın arxivindən götürülmüş və ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Çinə səfərlərinə, Bakıda bu ölkənin nümayəndə heyətləri ilə görüşlərinə, habelə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrinə dair 100-ə yaxın fotoşəkil nümayiş olunur.
Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının sədr müavini Li Cianpin ölkələrimizin tarixən sıx dostluq münasibətlərinə malik olduqlarını qeyd edib. O, AzərTAc-ın saytının Çin dili versiyasının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Əsası hələ qədim İpək yolu ilə qoyulan münasibətlərimizin Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yeni forma və məzmun kəsb etdiyini diqqətə çatdıran Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov əlaqələrimizin dövlət başçılarının iradəsi ilə hazırda sürətlə genişləndiyini deyib. Bildirilib ki, ötən müddətdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə səmərəli əməkdaşlıq qurulub. AzərTAc-ın Çin dilində informasiya yayması isə xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Sinxuanetin vitse-prezidenti Vanq Cinfu AzərTAc ilə əməkdaşlıq əlaqələrindən söz açaraq, hər iki agentliyin müasir informasiya texnologiyalarından istifadə edərək öz auditoriyalarını genişləndirdiklərini bildirib. O, azərbaycanlı həmkarlarının bu təşəbbüsünün ölkələrimizlə yanaşı, milli xəbər agentlikləri arasında da əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Vanq Cinfu AzərTAc-ın fəaliyyəti ilə yaxından tanış olduqlarını bildirib, agentliyin son illərdə bir çox innovasiyalar tətbiq etməsini yüksək dəyərləndirib. Sinxuanın təşəbbüsü ilə həyata keçirilən layihələrə AzərTAc-ın dəstəyinin əhəmiyyətini vurğulayan vitse-prezident agentliklər arasında əlaqələrin daha da genişlənməsinə tərəfdar olduğunu deyib. Bildirib ki, AzərTAc-ın Çin dilində xəbərlər yayması ölkə ictimaiyyətinə inkişaf edən Azərbaycan barədə ilk mənbədən məlumat əldə etmək imkanı yaradır.
Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini Li Cinfenq Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının Çində maraq doğurduğunu diqqətə çatdırıb. O, ölkənin rəsmi xəbər agentliyi olan AzərTAc-ın saytının Çin dili versiyasının yaradılmasını inkişaf edən Azərbaycan haqqında xəbərlər əldə etmək baxımından dəyərli hadisə kimi səciyyələndirib.
Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirən Çin Mincu Universitetinin professoru Xu Genxua ölkəmizdə müşahidə etdiyi inkişafdan danışaraq, AzərTAc-ın Çin dilində xəbər yaymasının çox milyonluq auditoriya üçün əlverişli imkan olduğunu vurğulayıb.
AzərTAc-ın Çindəki xüsusi müxbiri Şahin Cəfərov agentliyin Baş direktoru Aslan Aslanovun təbrik məktubunu oxuyub. Sonra AzərTAc, o cümlədən agentliyin saytının Çin dili versiyası haqqında məlumat verib. Bildirilib ki, ölkənin aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi olan AzərTAc-ın Çin dilində informasiya yayması izləyici dairəsini genişləndirməklə yanaşı, Çin ictimaiyyətini ölkəmizdə baş verən proseslər barədə etibarlı xəbərlə təmin etmək baxımından xüsusi önəm daşıyır. Belə ki, Çin kütləvi informasiya vasitələri Azərbaycan barədə məlumatları əsasən digər ölkələrin mətbuatı vasitəsilə əldə etdiyindən bəzən təhrif hallarına rast gəlinirdi. AzərTAc-ın Çin dilindəki xəbərləri bu problemi aradan qaldıracaq.
Ş.Cəfərov təmsil etdiyi qurumun beynəlxalq əlaqələrinə toxunaraq bildirib ki, AzərTAc 100-ə qədər ölkənin informasiya agentlikləri ilə çox səmərəli əməkdaşlıq qurub və 30-dan artıq ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb. Bir neçə regional və beynəlxalq media qurumlarında uğurla təmsil olunur. AzərTAc iki nüfuzlu media qurumunun - Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının (OANA) və Xəbər Agentliklərinin V Dünya Konqresinin iclaslarının 2016-cı ildə Azərbaycanda keçirilməsi hüququnu əldə edib. Agentlik, eyni zamanda, 2016-2019-cu illərdə OANA-ya və Xəbər Agentliklərinin Dünya Konqresinə sədrlik edəcək. Bütün bu uğurlar AzərTAc-ın beynəlxalq media məkanında geniş fəaliyyətinin məntiqi nəticəsidir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

