Qərbin ədalətdən və səmimilikdən uzaq “demokratiya” dərsləri...
20.12.2014 [12:04]
Son vaxtlar dünyaya “demokratiya dərsi” keçmək iddiasında olan imperialist mərkəzlərin Azərbaycana qarşı böhtan kampaniyası yeni mərhələyə qədəm qoyub. Belə ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın konkret cinayət işində şübhəli bilinərək həbs olunması bəzi Qərb dairələrini fəaliyyətə keçirib. Bu dəfə də Qərb öz köhnə üsullarından istifadə edir. Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bu hüquqi məsələni siyasiləşdirərək, qeyri-adekvat və həqiqətdən uzaq şəkildə deyib ki, guya bu addım Azərbaycanda insan haqlarının pozulması anlamını verir. Maraqlıdır, başqalarının gözündə tük axtaran bu cür şəxslər niyə öz gözlərindəki tiri görmürlər? Əlbəttə ki, öz siyasi sistemlərində mövcud olan ləkələri boyamaqla məşğul olan Qərbin demokratiya, insan hüququ və azadlıqları ilə bağlı Azərbaycan hakimiyyətinə verdiyi bu cür “məsləhətlər” zərrə qədər səmimi və ədalətli görünmür.
Dünyaya ağalıq iddiasında olan Qərbin bir sıra dairələrinin öz daxillərindəki demokratik prinsiplər məgər qorunurmu? Görəsən, bu dairələrin ədalətdən, beynəlxalq hüquqdan, insan haqlarının qorunmasından xəbərləri varmı? Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Bu işğal nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşının hüquqları pozulub. Nə üçün həmin demokratiya carçıları bu hüquqları müdafiə etmirlər? Niyə bu barədə susurlar? Çünki bu barədə danışmaq onlara sərf etmir. Və yaxud, son zamanlar ABŞ-da baş verən hadiəsələrə nəzər yetirək. Bu gün Amerikada qaradərililərə qarşı irqçi ayrı-seçkilik quldarlıq dövrünü xatırladır, amma nə psakilər, nə digərləri bununla bağlı bir kəlmə də demirlər. Deməli, “demokratiya” Qərbin təsəvvüründə dünyaya ağalıq etməsi üçün əsas təzyiq alətidir. Bunu qərbli siyasətçilərin özləri də bəzən etiraf edirlər. Onlar üçün demokratiya sadəcə bir oyundur. Azərbaycan kimi gənc dövlətlər isə Qərb üçün “yağlı tikə”ni xatırladır. Bu tikədə çoxlarının gözü var və olacaq da. Çünki Azərbaycan zəngin neft-qaz ölkəsidir, yerləşdiyi geosiyasi və geostrateji coğrafi mövqeyi bir çox dövlətin bura tamah salmasına səbəb olub. Rəsmi Bakı öz təbii ehtiyatlarından hansısa güclərin marağı üçün yox, bu torpaqlarda yaşayan insanların rifahının yüksəldilməsi üçün istifadə edir. Və “demokratiyanı” təzyiqə çevirənlər, məhz bunu, rəsmi Bakının müstəqil siyasətini həzm edə bilmir.
Qərbin bizə verdiyi “demokratiya” mesajları Azərbaycan cəmiyyətində heç də rəğbətlə və birmənalı qarşılanmır. Hər kəs bunu acı həqiqət olaraq ikili standartların növbəti səhifəsi kimi qəbul edir. Bir milyona yaxın qaçqın və məcburi köçkünü olan bu dövlətin mütləq əksəriyyəti ABŞ-a, bütövlükdə Qərbə qəhrəman gözü ilə baxa bilməz. Çünki bu xalq 90-cı illərin əvvəllərində Azərbaycanda olduğu kimi və bu gün də Yaxın və Orta Şərqdə, Ukraynada baş verən hadisələrdən özü üçün yaxşı nəticə çıxarıb. İndi Azərbaycan xalqı yaxşı dərk edir ki, Qərbin “burun soxduğu” ərazilərdə heç zaman sabitlik, demokratiya və əmin-amanlıq olmayıb. Vyetnam, Əfqanıstan, İraq, Misir, Liviya, Suriya və daha nə qədər ölkələrin əhalisi Qərbin illərlə onlara söz verdiyi “demokratiya halvası”ndan nə yazıq ki, hələ də dada bilmirlər. Onlar üçün Qərbdən qalan “xatirələr” yalnız və yalnız kütləvi insan qırğınları, müharibələr, münaqişələr və fəlakətlərdir.
Əslində, demokratiya təbii prosesdir. Bu prosesə kənardan təsir edəndə, o əks effekt verə bilir. Demokratiya həm də insanların şüurunda dəyişiklik deməkdir. 15-20 ildə isə insan şüuru köklü dəyişə bilməz. Əgər belə olsaydı, o zaman əsrlərlə müstəqillik yaşı olan ABŞ-da, Böyük Britaniyada, Fransada və digər Qərb dövlətlərində “demokratiya halvası” tam bişmiş olardı. Bütün bunlara rəğmən, Azərbaycan dövləti demokratiya yolunda çox sürətlə irəliləyir, azad söz və mətbuat üçün hər cür şərait yaradılır, ölkədə demokratik seçki sistemi mövcuddur.
Cənablar, sizcə “demokratiya dərsinə” son verməyin vaxtı deyilmi? Gözlərinizi bir qədər geniş açın, görmək istəmədikləriniz heç də uzaqda deyil...
Vasif HƏsƏnli
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

