Yerli özünüidarəetmənin inkişafı strateji məqsəd kimi müəyyənləşdirilib
20.12.2014 [12:20]
Mühüm ictimai təsisat rolu oynayan bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması demokratik inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edir
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir.
Modern hüquqi dövlət olan Azərbaycanda demokratik transformasiya prosesi uğurla başa çatdırılıb
Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Bütün bunlar, eyni zamanda, ölkədə əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir.
Həyata keçirilən islahatların fonunda güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən digər amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Şübhəsiz, bütün bunlar onu göstərir ki, Azərbaycanda demokratik transformasiya prosesi uğurla başa çatdırılıb. Yəni, Ulu öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr uğurla yerinə yetirilib. Eyni zamanda, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub.
Modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, subyektlərarası münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib.
Bələdiyyə institutunun inkişafı dövlətin diqqət mərkəzindədir
Sadalananlar nöqteyi-nəzərindən demokratik təsisatların təkmilləşdirilməsi dövlət quruculuğu kontekstində müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, bələdiyyə instututlarının da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. Yerli özünüidarəetmənin inkişafı kontekstində mühüm ictimai təsisat rolu oynayan bələdiyyələrin fəaliyyəti üçün Azərbaycanda zəngin qanunvericilik bazası mövcuddur. Buna görə də bələdiyyələr vətəndaşların sosial xarakterli yerli əhəmiyyətli problemlərinin həlli istiqamətində vətəndaşla hakimiyyət strukturlarının koordinasiyası işində aktiv fəaliyyət göstərmək imkanlarına malikdir. Əlbəttə, bələdiyyələrin səmərəli fəaliyyəti ilk növbədə bu təsisatların öz funksiyalarını normal yerinə yetirmələrindən asılıdır. Nəzərə almaq lazımdır ki, bələdiyyələrin fəaliyyətində mülkiyyət məsələləri daha çox ön plana çıxır. Ümumiyyətlə, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bu baxımdan, bələdiyyələrin öz funksiyasını normal icra etməsi dedikdə daha çox yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, mülkiyyət məsələsi, bu qəbildən olan məsələlərin həll olunması əsas götürülür.
Ümumiyyətlə, hazırda Azərbaycanda 1800-ə yaxın bələdiyyə fəaliyyət göstərir. Bununla yanaşı, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları mövcuddur. Bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır. Belə olan halda, bələdiyyə institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və şaxələndirilməsi zərurəti bir daha özünü göstərir.
Bələdiyyələrin inkişafı dövlət quruculuğu kontekstində
Digər tərəfdən, bu və ya digər ölkələrdə, o cümlədən Azərbaycanda bələdiyyələrin inkişafı, institusional təşkilatçılıq qabiliyyəti ölkə daxilindəki davamlı islahatlardan, ümumilikdə, daxili siyasət kursundan, dövlət quruculuğu prosesindən asılıdır. Qeyd etdiyimiz kimi, Azərbaycanda reallaşdırılan demokratik islahatlar ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli idarəetmə mexanizmi formalaşdırmalıdırlar. Bu, ilk növbədə, müasir çağırışlara adekvat cavab vermək qabiliyyətinin formalaşdırılmasından asılıdır. Bu, eyni zamanda, vətəndaşların bələdiyyə strukturları ilə işbirliyi prosesinə, bu instituta münasibətində yeni müsbət dəyişikliklərə mühüm töhfələr verər. Digər tərəfdən, bələdiyyələrin inkişafı desentralizasiya (və ya əks mərkəzləşmə) siyasətinin inkişafı, yəni idarəetmədə regionların rolu və potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyası rasional və səmərəli seçki strategiyası ilə bələdiyyə institutunun təkmilləşdirilməsinə müstəsna töhfələr verir
Bununla yanaşı, yerli özünüidarəetmə strukturlarında təmsil olunan şəxslərin peşəkarlıq məsələsi də fəaliyyət mexanizminin səmərəliliyi baxımından olduqca önəmlidir. Nəzərə almaq lazımdır ki, qloballaşma şəraitində yeni cəmiyyət quruculuğu idarəetmədə modern standartlar və metodların tətbiqini zəruri edir ki, bu da yalnız peşəkar kadr potensialı formalaşdırmaqla mümkün ola bilər. Bu isə daha çox seçkilər vasitəsilə seçicilərin iradəsi əsasında reallaşır. Azərbaycan hakimiyyəti, o cümlədən, Yeni Azərbaycan Partiyası (YAP) rasional və səmərəli seçki strategiyası ilə bələdiyyə institutunun təkmilləşdirilməsinə müstəsna töhfələr verir. Bununla yanaşı, demokratik şəkildə baş tutan seçkilər siyasi sistemin struktur elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə, nəhayət, bələdiyyə institutunun fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artmasına real zəmin yaradır. Qısacası, yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi işində müstəsna əhəmiyyət kəsb edən bələdiyyə seçkiləri mahiyyətinə görə həm də sosial-siyasi fəallığı və iştirakçılığı artıran, siyasi sistemin rəqabətlilik qabiliyyəti və demokratiklik səviyyəsini yüksəldən, siyasi mədəniyyət və davranışa yeni keyfiyyət çalarları əlavə edən və siyasi sistemin komponentlərini təkmilləşdirən ümummilli aksiya önəmi kəsb edir.
Şübhəsiz, ölkəmizdəki ictimai-siyasi vəziyyət və hüquqi platformada mövcud olan reallıqlar da sadalananlar baxımından böyük əhəmiyyət kəsb edir. Bəllidir ki, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində təkmilləşdirmə işləri aparılıb.
Onu da qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin siyasi ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası özünün çox böyük seçki təcrübəsinə əsaslanaraq bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasını mütəşəkkil qaydada və uğurla davam etdirir. Seçkilərdə Yeni Azərbaycan Partiyası bələdiyyə üzvlüyünə namizədlər sırasında gənclərin və qadınların təmsilçiliyinə xüsusi önəm verib. Bu, bələdiyyə institutunun təkmilləşdirilməsi nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Digər tərəfdən, bu, onu göstərir ki, bu gün dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin aparıcı, fəal qüvvəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərir. Əminliklə qeyd etmək olar ki, gənclər də ölkə başçısının onlara olan etimadını doğruldaraq dövlətimizin inkişafı, qüdrətlənməsi naminə öz səylərini əsirgəməyəcəklər.
Güclü siyasi iradə demokratikləşmə prosesində müstəsna əhəmiyyət kəsb edir
Bütün bunlarla yanaşı, daha bir mühüm nüansa diqqət yetirmək lazımdır. Belə ki, seçkiöncəsi mərhələdə yaradılmış demokratik şəraitin və əsaslı sosial-siyasi sabitliyin əsasında, əlbəttə ki, güclü siyasi iradə durur. Bu siyasi iradə isə ölkə rəhbərliyinin seçkilərə və demokratikləşmənin daha da sürətlənməsinə verdiyi önəmin bariz təzahürünü təşkil edir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi surətdə prinsipiallıqla davam etdirilən demokratikləşmə siyasəti bələdiyyələrə keçiriləcək seçkilərdə də özünü ən yüksək səviyyədə təcəssüm etdirir. Belə ki, seçkilərin demokratik, azad, şəffaf və ədalətli şəkildə keçirilməsinin vacibliyini və əhəmiyyətini xüsusi şəkildə önə çəkən iqtidarın səmərəli fəaliyyəti və yüksək siyasi iradəsi bu məsələdə təməl faktor kimi çıxış edir. Dəfələrlə bəyan edilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin mütləq surətdə bərqərar olması və hüquqi dövlətin elementlərinin formalaşdırılması üçün bütün zəruri tədbirlər görülməkdədir. Başqa sözlə, seçkilərin mövcud qanunlar çərçivəsində və demokratik şəraitdə keçirilməsi yönündə lazımi tədbirlərin görülməsi üçün spesifik addımlar atılıb.
Sadalananlar onu deməyə əsas verir ki, güclü və qəti siyasi iradə ölkəmizin demokratiya yolunda irəliləməsini təmin edən fundamental mexanizmdir. Bu gün isə bu iradə seçkilər ərəfəsində özünü ən yüksək səviyyədə göstərir. Nəticə etibarilə, Azərbaycan növbəti seçkilərə ictimai-siyasi sabitlik kontekstində və demokratik şəraitdə gedir.
Rifah və quruculuq naminə bələdiyyə seçkilərinə gedən YAP-ın qələbəsi şəksizdir
Bunlarla yanaşı, siyasi ekspertlər seçkilərin bir neçə aspektdən xüsusi əhəmiyyət daşıyacağını bildirirlər. Öncə qeyd edilir ki, bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişafına özünəməxsus töhfələr verəcək. Bəlli olduğu kimi, ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlar əsasında baş tutur və nəticələr Azərbaycanın demokratik dəyərlər və ənənələrə sadiqliyini növbəti dəfə nümayiş etdirir. Seçkilərin növbəti əhəmiyyəti odur ki, bununla Azərbaycan vətəndaşları növbəti dəfə öz iradələri əsasında etimad göstərdikləri siyasi qüvvələri dəstəkləyəcəklər. Sirr deyil ki, vətəndaşlar öz fəaliyyətində Azərbaycanın milli maraqlarını əsas götürən, demokratik dəyər və normalara üstünlük verən, ölkənin inkişafı naminə çoxşaxəli fəaliyyət göstərən avanqard siyasi qüvvəyə növbəti dəfə etimad göstərəcəklər. Bu seçimin Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası olacağına şübhə yoxdur. Məhz ötən illərdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının üstün qələbəsi bu əminliyi yaradır. Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda qazanılan uğurlar - milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, fundamental azadlıqların yüksək səviyyədə qorunması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və digər bu kimi amillər Azərbaycan vətəndaşlarının Yeni Azərbaycan Partiyasına olan inamını daha da artırıb. Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək hazırlığı da qələbəni şərtləndirəcək növbəti amil kimi çıxış edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

