“Bütün bunlar, sadəcə, seçki üzərinə kölgə salmaq cəhdləridir”
24.12.2014 [10:05]
“Bütün məntəqələrdə müşahidəçilərimiz var. Aldığımız məlumatlara görə, hər hansı ciddi qanun pozuntusu yoxdur”. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov 23 dekabr bələdiyyə seçkilərinin gedişi haqda “Media forum” saytının suallarını cavablandırarkən belə deyib.
Siyavuş Novruzov bildirib ki, səsvermə vaxtında başlayıb və hər şey qaydasında gedir: “Ümumilikdə götürsək, seçici fəallığı pis deyil, yerli özünüidarəetmə sisteminə uyğun şəkildə hər kəs gəlib istədiyi namizədə səs verir. Bilirsiniz ki, referendumu çıxmaq şərti ilə bizdə digər səsvermələrdə yetərsay yoxdur, nə qədər seçici gəlsə, seçki baş tutmuş hesab edilir. Yəqin ki, növbəti günlər ərzində dairə və məntəqə seçki komissiyaları, sonda da Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini, qalib gələnlərin adlarını bəyan edəcək”.
Siyavuş Novruzov bülletenlərin toplu şəkildə qutulara atılması, bir nəfərin bir neçə dəfə səs verməsi ilə bağlı mediada gedən məlumatlara da münasibət bildirib: “Müxtəlif partiyalar bəyanat verirlər ki, seçici fəallığı zəifdir, qanun pozuntuları var. Əgər seçkidə iştirak etmirsənsə, hardan bilirsən o nə formada keçirilir? Seçkidə iştirak etmirsənsə, partiya kimi mexaniki müşahidə səlahiyyətin də yoxdur. Bütövlükdə ancaq yalan və böhtan atmaqla ümumi fikir deyilir, heç bir fakta əsaslanmayan rəylər səsləndirilir. Bütün bunlar, sadəcə, seçki üzərinə kölgə salmaq cəhdləridir”.
İnternetdə bəzi seçki məntəqələrində bülletenlərin toplu şəkildə qutulara atıldığını nümayiş etdirən videomaterialların yayıldığına gəlincə, Siyavuş Novruzov bildirib: “Bəzi rayonlarda bülleten çox böyükdür, çünki bülletendə 57-58 namizədin adı var. Seçici səs verəndən sonra gəlib həmin bülleteni qutuya atanda onu bükməyə məcburdur. Qıraqdan baxanda isə bəzilərinə elə gəlir ki, seçici qutuya bir yox, bir neçə bülleten atır”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

