Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası keçirilib
26.12.2014 [10:07]
Dekabrın 25-də Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası açan Baş nazirin müavini, komissiyanın sədri Abid Şərifov respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin ildən-ilə aşağı düşdüyünü deyib. Bildirib ki, buna baxmayaraq bu problem hələ də mövcuddur və belə halların qarşısının alınması istiqamətində daha çox tədbirlərin görülməsi vacibdir. Baş nazirin müavini qeyd edib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görüləcək işlərdə bütün aidiyyəti dövlət qurumlarının iştirakı vacibdir. Abid Şərifov bu məsələdə televiziyaların da üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edərək bildirib ki, yol təhlükəsizliyinin təmin olunmasında televiziya kanalları vasitəsilə maarifləndirmə işinin aparılması önəmlidir. Baş nazirin müavini deyib: “Düşünürəm ki, bu məsələyə artıq baxışımızı, münasibətimizi dəyişməliyik. 10-15 il əvvəl deyirdik ki, baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbi yolların pis olmasıdır. İndi isə bizim magistral, şəhərdaxili, kənd yollarımız yüksək səviyyədə təmir edilib. Ona görə də bu məsələyə Azərbaycan vətəndaşı olaraq hər birimiz daha da məsuliyyətlə yanaşmalıyıq”.
Abid Şərifov əlavə edib ki, bu məsələ ilə bağlı məktəblərdə, ali təhsil ocaqlarında da maarifləndirmə işləri aparılmalıdır.
Sonra iclasın gündəliyində duran yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol infrastrukturunun təkmilləşdirilməsi, birinci Avropa Oyunlarına hazırlıqla bağlı tədbirlər, Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişinlərin dəmir yolu nəqliyyatı vasitəsilə daşınmasının təşkili, Bakı şəhərində parklanma yerlərinin təşkili ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.
Çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Azərbaycanın 2014-cü il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təhlili məlumat verib.
Sonda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi haqında” qərar layihəsi təsdiq olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

