2014-cü il Azərbaycan üçün bir sıra uğurlarla yadda qalıb
06.01.2015 [09:48]
Ötən il ərzində bütün istiqamətlər üzrə inkişaf qeydə alınıb
Məlum olduğu kimi, başa vurduğumuz 2014-cü ildə də ölkəmizdə uğurlu inkişaf siyasəti həyata keçirilib. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə də zəmin yaradıb.
Öz növbəsində, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, 2014-cü il Azərbaycan üçün uğurlu olub. Onun sözlərinə görə, il ərzində ölkəmizin ictimai-siyasi həyatında çox böyük işlər görülüb. M.İbrahimqızı deyib ki, ötən il Azərbaycanın dinamik inkişafı davamlı olub və bu inkişaf bütün istiqamətlər üzrə özünü göstərib. Belə ki, həm sosial-iqtisadi, həm də siyasi, humanitar, mədəni sahələrdə bir sıra uğurlar əldə olunub. “Bildiyimiz kimi, ölkəmiz uğurlu enerji siyasəti həyata keçirir. Bu siyasət Avropanın da enerji təhlükəsizliyinə böyük töhfə verir. Ötən ilin sentyabr ayında “Cənub” qaz dəhlizinin təməlinin qoyulması bu baxımdan Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirən bir hadisə oldu. Ümumiyyətlə, dünyada baş verən iqtisadi böhran şəraitində Azərbaycanın inkişafının davamlı olması həyata keçirilən düzgün siyasətin nəticəsidir”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Millət vəkili qeyd edib ki, məhz Prezident İlham Əliyevin apardığı davamlı siyasət Azərbaycana böyük nailiyyətlər qazandırır. Onun fikrincə, Azərbaycanın beynəlxalq aləmdə də mövqeyi gündən-günə möhkəmlənib: “Həyatımızda baş verən ciddi, müsbət dəyişikliklər Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının daha da yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıqdır. Bu gün, sözün həqiqi mənasında, Azərbaycanda yaşamaq mənalı və rahatdır”.
2014-cü ildə ölkəmizin bir çox uğurlar qazandığını deyən M.İbrahimqızının fikrincə, qarşıdakı dövrlərdə nailiyyətlərimiz daha da artacaq. Onun sözlərinə görə, 2015-ci il də ölkəmiz üçün bir sıra hadisələrlə əlamətdar olacaq: “Bu il Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu hadisə ilə ölkəmiz dünya tarixində yeni səhifə yazacaq. Eyni zamanda, arzu edirəm ki, 2015-ci il Dağlıq Qarabağ probleminin həlli baxımından da uğurlu bir il olsun”.
Millət vəkili Zahid Oruc isə bildirib ki, 2014-cü il Azərbaycanın sosial-iqtisadi həyatında, dövlət quruculuğu prosesində uğurlu illərdən biri hesab oluna bilər. Onun sözlərinə görə, ötən il beynəlxalq aləmdə Azərbaycanın yerinin möhkəmlənməsinin şahidi olmuşuq, yeni layihələr icra olunmağa başlayıb: “Eyni zamanda, çox mürəkkəb şəraitdə Azərbaycan öz maraqlarını qoruya bilib. Ötən il də Azərbaycan yenə də xarici, beynəlxalq tədbirlərin ünvanına çevrildi. Ən önəmli məqamlardan biri odur ki, bu tədbirlər dövlətimizin beynəlxalq müstəvidə nüfuzunu daha da artırır”.
Uğurların qazanılmasının əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dayandığını deyən millət vəkili qeyd edib ki, dövlətimizin başçısı il ərzində ölkənin bütün həyatını əhatə edən proqramlarla Azərbaycanın güclənməsinə nail olub və bu mənada 2014-cü il bizim aktivimizə müsbət planda yazıla bilər.
Millət vəkili Fuad Muradov da 2014-cü ili Azərbaycan üçün uğurlu il hesab etdiyini deyib. Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs sayəsində ötən il ölkəmizin ictimai-sosial-iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olduğunu deyən millət vəkili qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı göz önündədir: “Ötən il Milli Məclis də aktiv işləyib, bir sıra mühüm qanunlar qəbul edilib. Parlamentdə qəbul olunmuş 2015-ci ilin dövlət büdcəsi ölkəmizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir. Belə ki, bu ilin dövlət büdcəsi 20 milyard manatdan çoxdur. Bununla Azərbaycan özünün dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir”.
F.Muradovun sözlərinə görə, 2014-cü ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimizin əsas prioritetlərindən olub. O bildirib ki, 2014-cü ildə Rusiya və Fransa prezidentlərinin, ABŞ dövlət katibinin vasitəçiliyi ilə aparılan sülh danışıqları Azərbaycanın aparıcı mövqeyinin təsiri altında keçirilib: “Prezident İlham Əliyevin “status-kvo dəyişdirilməlidir” tələbi ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq dəstəkləndi. Ümid edirik ki, tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik”.
2014-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyinin də keçirildiyini xatırladan F.Muradov qeyd edib ki, bu müqavilə Cənubi Qafqazın və Avropanın siyasi xəritəsini dəyişdirərək Azərbaycan neftinin dünyaya çıxarılmasında mühüm rol oynadı. Millət vəkili əlavə edib ki, ötən il sentyabrın 20-də “Cənub” qaz dahlizinin təməlinin qoyulması da ölkəmizin uğuru kimi tarixə düşdü.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

