Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi açılıb
16.01.2015 [10:15]
Yanvarın 15-də Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun “Bax” adlı incəsənət layihəsi çərçivəsində fərdi sərgisi açılıb.
AzərTAc xəbər verir ki, açılış mərasimində bildirilib ki, Müseyib Əmirovun “Həyatın gözünün içinə bax!” vizual çağırışı onun yaradıcılığının tamamilə yeni mərhələsində yaranmış və dünyada baş verən distruktiv proseslərə münasibətdə hökm sürən laqeydliyə qarşı yönələn tənqidi baxış növüdür.
İnsanlar prosesə qapılaraq çox vaxt həyatın özünü unudurlar. Sənətkarın şüuraltından qopan, hissə-hissə, özünəməxsus ifadələrlə, bütöv poemalarla üzə çıxan əsərləri yaxınlaşmaqda olan total texniki hökmranlığa qarşı etirazın təcəssümüdür.
Rəssam tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, rəsm əsərlərini dolduran, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.
Təsvir edilən insanlar onlara qərib olan cəmiyyətdən qurtulmağa can atırlar. Ancaq paradoksal haldır ki, insanları getdikcə kölgədə qoyan sənayenin və yüksək texnologiyaların yaradıcıları da elə onların özləridir. Deməli, yaradıcı insan öz əməyinin bəhrəsindən asılı vəziyyətə düşür.
Başlanğıcda müxtəlif texnologiyalar insanların xeyri naminə nəzərdə tutularaq yaranırdısa, zamanla hər şey dəyişdi. İndi texniki nailiyyətlər insan zəkasına üstün gələrək, onu təbii formatdan kənara çıxarır və süni şəkildə hazırlanmış beton, şüşə, metal məkana doğru itələyir. İnsanın yaratdığı şəhərdə artıq onun özünə yer qalmır. Texniki tərəqqi ilə yanaşı, mənəvi tənəzzül baş verir və nəticədə insan genlərində mövcud olan harmoniya disbalansa uğrayır.
Müseyib Əmirov 1963-cü ildə Bakıda, məşhur rəssam Arif Əmirovun ailəsində dünyaya göz açıb. O, Rəssamlıq Texnikumunda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, bir müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında eksperimental rəsm üzrə dərs deyib.
Müstəqil rəssam kimi fəaliyyət göstərən Müseyib Əmirovun əsərləri ABŞ, Fransa, Almaniya, Litvada nümayiş etdirilir, dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır.
Rəssamın iştirak etdiyi ən iri beynəlxalq layihələr sırasında “Bakı-Paris. 20 rəssam”, “Orangeri de Senat” (Paris, 2004), “Azərbaycanın müasir rəssamlarının sərgisi” (IMF Gallery, Vaşinqton, 2004), Lüksemburq və Parisdə beynəlxalq incəsənət sərgilərini (2003) misal göstərmək olar.
Açılış mərasimində çıxış edən Müseyib Əmirov sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə rəssamın 13 rəngkarlıq və 20-dək qrafik əsəri nümayiş olunur.
Müseyib Əmirovun Müasir İncəsənət Muzeyində fərdi sərgisi fevralın 10-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

