Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimat mərasimi keçirilib
27.01.2015 [10:02]
Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” və “Hərbi xidmətlərə görə” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək deyib: “Ölkəmizdə bütün sahələr inkişaf etdirilir, müxtəlif sahələrdə çalışan və fəaliyyətləri ilə fərqlənən insanların əməyi dövlətimiz tərəfindən qiymətləndirilir. O insanların əməyi qiymətləndirilir ki, onlar öz fəaliyyətləri ilə digərlərindən seçilir, ölkəmizin inkişafı, tərəqqisi yolunda daha çox çalışırlar. Hər bir insanda vəzifə borcu ilə yanaşı, onun Vətən qarşısında, cəmiyyət qarşısında daşıdığı borc hissi də olmalıdır. Vəzifələrini layiqincə yerinə yetirən, fədakarlıq göstərən belə insanlar daim öz fəaliyyətləri ilə nümunə göstərirlər. Çünki bu insanlar vəzifə borclarını yerinə yetirməklə yanaşı, həm də ölkəmizin inkişafına töhfə verirlər. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə nümunəvi xidmətləri ilə seçilən insanlardır”.
Ali Məclisin Sədri deyib: “İnsan əməyi o ölkələrdə qiymətləndirilir ki, həmin ölkədə inkişaf və sabitlik olsun. Ölkəmizdəki mövcud inkişaf və sabitlik insanların əməyinin layiqincə qiymətləndirilməsinə, onların dövlət mükafatları ilə təltif olunmasına imkan verir. Bu gün təltif olunanlar da əməklərinə verilən yüksək qiymətin müqabilində daha səylə çalışacaq, bundan sonra da ölkəmizin inkişafında yaxından iştirak edəcəklər”.
Ali Məclisin Sədri bir daha təltif olunanları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan Niyaməddin Əliyev, Şahin Abdullayev, Mehman Əliyev, Nəzakət Gülməmmədova, Kəmalə İbrahimova, Akifə Quliyeva, Məryəm Bayramova və Abdulla Tahirli minnətdarlıq edərək deyiblər ki, ölkəmizin, eləcə də muxtar respublikanın bugünkü inkişafı naminə xidmət göstərmək ikiqat qürur və şərəfdir. Qədim Naxçıvanın müasir inkişafı hər bir sakinin qurub-yaratmaq əzmini artırır. Bu gün bir qrup insanın təltif olunması onların əməyinə verilən qiymətin daha bir ifadəsidir. Təltif olunanlar bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacaqlarını bildiriblər.
Daha sonra Ali Məclisin Sədri 2013/2014-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş Naxçıvan şəhər 9 nömrəli, Babək qəsəbə və Şahbuz şəhər 2 nömrəli tam orta məktəblərinə, eləcə də “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 5 müəllimə mükafatları təqdim edib.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin direktoru Ülkər Məmmədova, Babək qəsəbə tam orta məktəbinin direktoru Əli Hacıyev, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Əvəz Həsənov, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən Rəxşəndə Rüstəmova, Sədaqət Cəfərova, Həyat Həşimova, Ədalət Əhmədov və Məhəddin Kazımov mükafata layiq görülmələrini təmsil etdikləri kollektivin əməyinə verilən yüksək qiymət kimi dəyərləndiriblər, bundan sonra da savadlı, vətənpərvər gənclərin yetişdirilməsi yolunda bilik və bacarıqlarını əsirgəməyəcəklərinə söz veriblər.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

