Azərbaycan dinlər və mədəniyyətlərarası dialoq məkanına çevrilib
29.01.2015 [09:37]
Joze Manuel Barrozu: Azərbaycan və Qazaxıstan müasir müsəlman ölkələri üçün nümunədir
Hazırda öz tolerantlığına görə dünyada nümunə təşkil edən Azərbaycan bütün dinlərin təmsilçilərinin dostluq və mehriban bir mühitdə yaşadığı ölkə kimi tanınır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan xalqı başqa irqdən, dindən olanlara qarşı hər zaman xoşgörü ilə davranıb. Yəni, irqi, dini diskriminasiya xalqımızın psixologiyasına yaddır. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə İslam, yəhudi, xristian və digər dinlərin təmsilçiləri tədbirlərdə birlikdə iştirak edir, dövlətin din sahəsinə göstərdiyi diqqət və qayğıdan yararlanırlar.
Sözsüz ki, bu amil, yəni Azərbaycanda mövcud olan tolerant mühit beynəlxalq təşkilatların, dünyada nüfuza sahib olan liderlər və siyasətçilərin də diqqətindən yayınmır. Məsələn, bu yaxınlarda İsveçrədə, Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada çıxış edən Avropa Komissiyasının keçmiş sədri Joze Manuel Barrozu Avrasiyanın Avropanın təhlükəsizliyi və sabitliyi üçün çox vacib olduğunu vurğulayıb. O, çıxışında, eyni zamanda, Azərbaycanın və Qazaxıstanın müasir müsəlman ölkələri kimi nümunə olduqlarını qeyd edib: “Fundamentalizmə və terrorçuluğa qarşı sədd olmaqda bu ölkələrə dəstəyin verilməsi çox vacibdir. Terrorçuluq Avropa və ümumiyyətlə, bütün dünya üçün əsas geosiyasi təhlükədir, böyük hədədir”.
Xatırlatmaq yerinə düşər ki, dini tolerantlıq ölkəmizdə olduğu kimi, 100-dən artıq etnosun mehriban qonşuluq şəraitində yaşadığı Qazaxıstan Respublikasında da dövlət səviyyəsində qorunur. Bu ölkə artıq bir neçə dəfə dünya dini liderlərinin görüşünə ev sahibliyi edib.
Ölkəmizə gəlincə, kimsəyə sirr deyil ki, Azərbaycan dünyada mədəniyyətlər və dinlərarası qarşılıqlı əlaqələrin güclənməsinə öz töhfəsini verməkdədir. Məsələn, ötən ilin sentyabrında Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü keçirilib. Görüşdə çıxış edən Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni tədbirin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq məkanına çevrildiyini söyləyib: “Bakıda keçirilən bu tədbir din və demokratiya ilə bağlıdır. Biz istəyirik ki, müxtəlif dinlərin, irqlərin nümayəndələri arasında dialoqu təşkil edək, firavan, sabit və qarşılıqlı hörmətə əsaslanan bir cəmiyyət yaradaq”.
Qabriela Battani-Draqoni vurğulayıb ki, uzun müddət ərzində Azərbaycanda fərqli dinlərin nümayəndələri - katoliklər, buddistlər, müsəlmanlar birgə yaşayıblar, bir-birlərinin adət-ənənələrinə hörmətlə yanaşıblar. Bu qədim tarixə malik ənənə cəmiyyətdə müxtəlifliyi qorumağa şərait yaradır. O, Azərbaycanın hər zaman mədəniyyətlərarası dialoqa xüsusi önəm verən bir ölkə olduğunu söyləyib.
Bu məqamda onu da xatırladaq ki, 2015-ci ilin mayında Bakıda artıq ənənəvi xarakter alan- Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda dünyanın bir sıra nüfuzlu dini və siyasi liderləri, beynəlxalq təşkilatların rəhbərləri də iştirak edəcəklər. Bu tədbir bu günlərdə ABŞ-da səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşündə də müzakirə olunub. Belə ki, nazir Pan Gi Muna Azərbaycanın qlobal sülh və dialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək onu bu il mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Görüşdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib. Ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin birgə yaşama ənənələrinin tarixən bərqərar olduğu və hazırda bu ənənələrin nümunə kimi beynəlxalq səviyyədə təbliğ edildiyi vurğulanıb. Baş katib Pan Gi Mun Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə Prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib. Pan Gi Mun, həmçinin, 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini də bildirib.
Beləliklə, bütün bu sadalananlar onu deməyə əsas verir ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun olaraq davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasını tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman dünyasının bir sabitlik adasına çevirə bilib. Daha doğrusu, bu gün Azərbaycan artıq multikulturalizm və dini tolerantlığın unikal məkanına çevrilib. Məhz bunun nəticəsidir ki, dünya meridianlarında ölkəmiz sivilizasiyalararası toqquşma deyil, əksinə onların harmoniyada və əməkdaşlıqda olduqları bir coğrafi məkan kimi tanınmaqdadır.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

