“Freedom House” yenə də öz ampluasındadır
30.01.2015 [10:05]
Xarici anti-azərbaycançı mərkəzlərin aləti olan bu təşkilat Azərbaycana qarşı “qara piar” kampaniyasını davam etdirir
Məlum olduğu kimi, bir sıra beynəlxalq təşkilatlar var ki, Azərbaycan haqqında daim qeyri-obyektiv və qərəzli mövqedən çıxış edirlər. “Freedom House” da məhz belə təşkilatlardan biridir. Bu təşkilat mütəmadi olaraq ölkəmiz barəsində həqiqətə uyğun olmayan məlumatlar yayır və artıq cəmiyyətimizdə haqlı olaraq bu beynəlxalq QHT-nin Azərbaycan haqqında obyektiv mövqedə olmaması barədə rəy formalaşıb. Bu günlərdə isə “Freedom House” növbəti illik hesabatını açıqlayıb. Bu dəfə də Azərbaycana qarşı münasibət əvvəlki hesabatdakından heç nə ilə fərqlənmir. Təşkilat yenə də qərəzli mövqedən çıxış edərək Azərbaycanı “qeyri-azad” ölkələr sırasına daxil edib. Artıq bu yanaşma “Freedom House” üçün “ənənəvi” hal alıb.
Vurğulamaq yerinə düşər ki, “Freedom House” özünü “demokratiya və insan hüquqları müdafiəçisi” kimi təqdim etsə də, əslində bu bədnam təşkilatın hansı məqsədlərə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Bu məqamda qeyd etmək lazımdır ki, hər bir hüquqi dövlət özünün qanunları ilə idarə olunur. O cümlədən, demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də vətəndaş təsisatları, insan hüquq və azadlıqlarının təmin olunmasıdır ki, bu amillər dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyası bu hüquqları tam təmin edir. Buraya söz və fikir azadlığı, siyasi plüralizm, sərbəst toplaşmaq azadlığı, vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlər daxildir. “Freedom House” kimi təşkilatlar isə Azərbaycanda, guya, bu sahələrdə problemlərin olduğunu iddia edirlər. Təbii ki, bu, həmin beynəlxalq təşkilatın ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirməməsi və bilərəkdən qərəzli mövqe nümayiş etdirməsi ilə əlaqədardır.
Ümumiyyətlə, “Freedom House” kimi təşkilatların hədəfə alınan ölkələrdə daxili sabitliyi pozmaq yönündə fəaliyyət göstərməsi məlum məsələdir. “Hüquq və azadlıqların müdafiəsi” adı altında cəmiyyətdə qarşıdurma yaratmaq, insanları təxribatlara sövq etmək imperialist mərkəzlərin əlində təzyiq vasitəsi olan bu cür təşkilatların əsas vəzifəsidir. Təsadüfi deyil ki, “Freedom House” kimi siyasi sifarişlər əsasında çalışan qərəzli təşkilatlar hər hansı bir şəxsə qarşı törədilən cinayəti araşdırarkən, birinci növbədə, həmin şəxsin siyasi mövqeyi, peşə məşğuliyyəti, hansısa azlığın nümayəndəsi olub-olmaması ilə maraqlanırlar. İstəklərinə uyğun, süni hay-küy yarada biləcəkləri bir məqam tapdıqda, dərhal həmin şəxsin “hüquqlarının müdafiəsinə” qalxırlar.
Həqiqətdən tamamilə uzaq olan belə yanaşmaların kökündə duran əsas məqam isə, təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və dinamik inkişaf etməsidir. Belə ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Regionda tərəqqi və rifahın əldə olunmasında hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren və bərabər hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Həmçinin, ölkəmiz beynəlxalq təşkilatlarla faydalı, konstruktiv əməkdaşlığa önəm verir. Bu həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Ona görə də, müəyyən xarici dairələr Azərbaycanın bu prinsipiallığını, qətiyyətini həzm edə bilmirlər və onların aləti olan “Freedom House” ölkəmizə qarşı “qara piar” kampaniyasını davam etdirir.
Əgər “Freedom House”, həqiqətən də, qanunçuluğun, insan haqlarının təəssübkeşidirsə, onda ilk növbədə, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızla bağlı mövqeyini bildirməli, işğal nəticəsində fundamental hüquqları pozulmuş 1 milyondan çox soydaşımızın hüquqlarının bərpa olunmasını tələb etməlidir. Amma biz bunun tam əksini görürük.
Belə ki, “Freedom House” bu dəfə də öz hesabatında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini mübahisəli ərazi kimi göstərib. Dünyanın bütün dövlətləri və mötəbər təşkilatları, o cümlədən dünyanın ən ali hüquq təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı halda, özünü insan hüquqlarının “keşikçisi” kimi qələmə verən “Freedom House” beynəlxalq hüquqa hörmətsiz yanaşaraq, əslində müəyyən dairələrin əlində təzyiq vasitəsi olduğunu növbəti dəfə ortaya qoyur. Amma bu cür cəhdlər əbəsdir. Çünki belə vasitələrlə ölkəmizə təzyiq etmək mümkün deyil. Adı çəkilən təşkilatın qərəzli yanaşmaları artıq bir çox cəmiyyətlərdə ciddi qəbul olunmur və bumeranq effekti verərək özünə qayıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19

