Azərbaycanlı deputat AŞPA-nın sessiyasında ölkəmizin uğurlu iqtisadi siyasətindən danışıb
30.01.2015 [10:06]
“Azərbaycanın iqtisadi artım tempi çox yüksəkdir”. AzərTAc-ın məlumatına görə, bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 28-də keçirilən iclasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxışında səsləndirib.
Qış sessiyasının üçüncü günü danimarkalı və xorvatiyalı deputatlar Nikolaj Vilumsen və İqor Kolmanın “Bərabərlik və böhran” mövzusunda hazırladıqları məsələ ətrafında müzakirələr keçirilib.
Müzakirələrə qatılan deputat Sahibə Qafarov qeyd edib ki, son dövrlər dünya iqtisadiyyatında arzuolunmaz proseslər baş verir: “Bunun səbəbləri müxtəlifdir və yalnız iqtisadi faktorlarla izah oluna bilməz. Bu, bir reallıq və dünyanı təhdid edən ciddi təhlükədir. Müasir qloballaşma dövründə böhranın domino effekti ilə hamıya təsir edə biləcəyi ehtimalı heç də az deyil. Ona görə də böhran qapımıza çatmamış hamımız profilaktik, preventiv tədbirlər görməyə borcluyuq”.
Azərbaycanın çox zəngin karbohidrogen ehtiyatlarına malik və dünya bazarlarına neft ixrac edən ölkələrdən biri olduğunu diqqətə çatdıran S.Qafarova ölkəmizin neftin qiymətinin kəskin azalmasının təsirlərini minimuma endirə bildiyini xüsusi vurğulayıb. Milli Məclisin deputatı qeyd edib ki, hələ 5 il əvvəl dünya maliyyə böhranının gözlənilən təsirlərini dəf edən Azərbaycan hökuməti öz mükəmməl iqtisadi proqramları, iqtisadi modeli ilə dünyada iqtisadi itkilərdən ən az çıxan ölkə olub: “Azərbaycan hökumətinin təsirli tədbirləri ölkəmizin dünya maliyyə böhranının meyillərindən kənarda qalmasına səbəb olub. Ümumiyyətlə, xarici təsirlərə qarşı güclü immunitetin yaradılması sabit iqtisadi və maliyyə bazarının formalaşmasına imkan verib”.
“Hazırda da Azərbaycanda iqtisadi artım tempi dünya üzrə göstəricilərdən yüksəkdir. Dünyada bu gün iqtisadi geriləmə baş verir. Avropa ölkələrində artım tempi 0,5-1 faiz təşkil etdiyi halda Azərbaycanda bu rəqəm 2-3 faizdir. Azərbaycanın yüksək iqtisadi göstəricilər əldə etməsində güclü iqtisadi siyasət, makroiqtisadi siyasətin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlar mühüm rol oynayır”, - deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan öz nadir inkişaf modelini ortaya qoymaqla dünyada baş verən iqtisadi böhranlara baxmayaraq inkişafını davam etdirir. Dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanda hiss olunmur. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız və maliyyə potensialımız var. Neftin ucuzlaşması ölkəmizin real büdcə öhdəliklərini yerinə yetirməsinə də mane olmayacaq.
Digər tərəfdən, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Bu sektorun ümumi daxili məhsulda payı hər il artır. Nəticədə Azərbaycanın neftdən asılılığı getdikcə azalır. Qeyri-neft sektorunun inkişafında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və sənaye proqramlarının icrası mühüm rol oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50

