/ / Nyu-Yorkda “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçirilib
Nyu-Yorkda “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçirilib
30.01.2015 [10:07]
Xəbər verdiyimiz kimi, Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalar arasında dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Nyu-York şəhərində səfərdədir.
Yanvarın 28-də Əbülfəs Qarayev Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayrla görüşüb. Görüşdə nazir Azərbaycanın etnik müxtəlifliyi və tolerantlıq ənənələri haqqında söhbət açıb, Prezident İlham Əliyevin ölkədə mövcud olan müxtəlif etnik azlıqlara, xüsusilə də yəhudi icmasına göstərdiyi diqqəti qeyd edib. Nazir yəhudi icmasının Azərbaycanda əsrlər boyu sülh şəraitində yaşadığını, Azərbaycan cəmiyyətinin tamhüquqlu parçası olduğunu və daim inkişaf etdiyini vurğulayıb. O, həmçinin M.Şnayrı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycana dəvət edib.
Ravvin Mark Şnayr Etnik Anlaşma Fondu haqqında məlumat verib, təşkilatın 40-dan çox ölkədə fəaliyyət göstərdiyini qeyd edib. Yaxın keçmişdə bir neçə müsəlman ölkəsində səfərdə olduğunu qeyd edən M.Şnayr Azərbaycanın tolerantlıq baxımından nümunəvi ölkə olduğunu vurğulayıb. O, Azərbaycanda yəhudi icmasına göstərilən hörmətə və diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də iştirak ediblər.
Həmin gün Nyu-Yorkun tarixi və mötəbər binalarından biri olan “Seynt Recis” otelində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ABŞ-dakı səfirliyimiz və Etnik Anlaşma Fondunun birgə təşkilatçılığı ilə “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə nüfuzlu dini, siyasi və mədəniyyət xadimləri, akademik dairələrin təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Bakı prosesi”nin dünya mədəniyyətlərini bir araya gətirmək üzrə mühüm platforma olduğunu və Bakının bu olduqca aktual bir təşəbbüsün episentrinə çevrildiyini qeyd edib. O, bunun səbəbinin həm Azərbaycan xalqının tarixən tolerantlıq ənənələrinə malik olması, həm də ölkə rəhbərliyinin bu prosesə xüsusi diqqət və qayğı göstərməsi ilə bağlı olduğunu söyləyib. Səfir bu kontekstdə Prezident İlham Əliyevin şəxsən tolerantlıq və mədəniyyətlərarası dialoq və sülhə sadiqliyini qeyd edib.
Nazir Ə.Qarayev “Bakı prosesi” haqqında məlumat verib, Azərbaycanın dini və mədəni müxtəliflik baxımından nadir ölkə olduğunu qeyd edib. Nazir deyib ki, hər dövlətin başlıca məqsədlərindən biri öz vətəndaşları üçün təhlükəsiz və möhkəm cəmiyyət qurmaqdır. O, müxtəlif etnik və dini azlıqlar və qruplar arasında qarşılıqlı etimad, hörmət və tolerantlıq prinsiplərinin belə bir cəmiyyətin qurulmasının təməlini təşkil etdiyini vurğulayıb. Ə.Qarayev Azərbaycanın yəhudi icmasının əsrləri əhatə edən sülh və tolerantlıq şəraiti tarixinin nümunəvi olduğunu qeyd edib. O, Azərbaycan rəhbərliyinin tolerantlıq ənənələrini daim təşviq etdiyini, buna önəmli töhfə verdiyini söyləyib. Nazir, həmçinin Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması haqqında danışıb.
Ə.Qarayev tədbir iştirakçılarını 2015-ci ilin may ayında Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.
Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayr Azərbaycanın tolerantlıq məkanı olması barədə geniş məlumat verib və bu ənənələrin ABŞ-da təbliğ edilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində “Bakı prosesi” sərgisi və paytaxtımızda keçiriləcək Forumun işindən bəhs edən film nümayiş olunub. Tədbir Emil Əfrasiyabın və Cefri Verbokun konserti ilə davam edib.
Etnik Anlaşma Fondu ABŞ-da müsəlman, iudaizm və xristian dinlərinin nümayəndələri arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə yaradılmış, nüfuzlu insanların, dini liderlərin şəbəkələşdiyi bir təşkilatdır. 2014-cü ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Fond arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22

