Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib
30.01.2015 [10:09]
Yanvarın 29-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda YAP İdarə Heyətinin 2014-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2014-cü ilə dair illik statistik hesabat, partiyanın 2014-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib.
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə çıxış edərək bildirib ki, 2014-cü ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi bələdiyyə seçkiləri olub. Keçirilən bələdiyyə seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri mandatların çoxunu qazanmaqla partiyanın növbəti seçki qələbəsini təmin ediblər. Bütövlükdə bələdiyyələrə seçilənlərin 10 315 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir. Vurğulanıb ki, seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub.
Hesabat ilində Yeni Azərbaycan Partiyası bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.
Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bu istiqamətdə mühüm görüşlər keçirilib.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində 29 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 646 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə Heyətinin iclasında, həmçinin, YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Qeyd olunub ki, 2014-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 433 486.37 manat olub. Bunun 6 180 077.29 manatını üzvlük haqlarından, 100 000 manatını depozitdən əldə olunan daxilolmalar, 1 153 409.08 manatını büdcədən ayrılan vəsait təşkil edib.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 474 940.04 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 656 469.91 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin, o cümlədən gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 130 043.12 manatı ezamiyyə xərclərinə, 317 785.98 manatı invertarların alınmasına, 91 908.11 manatı təmir işlərinə, 47 797.35 manatı çap işlərinə, 368 599.96 manatı kommunal və təsərrüfat xərclərinə, 43 322.28 manatı dəftərxana xərclərinə, 10 000 manatı depozit faizindən mənfəət vergisinə, 173 326.67 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 41 801.17 manatı bank xidmətinə, 122 773.99 manatı isə sair xərclərə sərf edilib.
Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 5 478 768.58 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 954 717.79 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.
YAP İdarə Heyətinin 2014-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.
İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ təşkilati işlərlə bağlı olub. YAP İdarə Heyətinin qərarı ilə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin, Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təsdiq edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

