Milli Məclisin yaz sessiyası öz işinə başlayıb
03.02.2015 [18:25]
Yaz sessiyası ərzində parlamentin qanunvericilik işləri planı qəbul olunub
Fevralın 2-də Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Parlamentin spikeri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib. O.Əsədov deyib ki, Milli Məclis ötən sessiya müddətində də Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlət siyasətinin həyata keçirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Onun sözlərinə görə, gələcəkdə də bu yöndə işlər uğurla davam etdiriləcək. Dördüncü çağırış Milli Məclisin fəaliyyətinin başa çatmasına az vaxt qaldığını xatırladan spiker bu müddət ərzində parlamenti gərgin iş gözlədiyini deyib. O.Əsədov bildirib ki, Milli Məclisin yaz sessiyası üçün qanunvericilik işləri planı hazırlanıb. İş planına hökumətin hesabatının təqdim olunması, 2014-cü ilin dövlət büdcəsinin icrasının, Ombudsmanın hesabatı və digər məsələlər daxildir. O.Əsədov yaz sessiyası ərzində millət vəkillərinə uğurlu fəaliyyət arzulayıb.
Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, dünyada baş verən böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı artır. Onun sözlərinə görə, ölkədə pensiyalar, yeni iş yerləri artır. “Azərbaycanda olan ictimai-siyasi sabitlik xaricdə bəzi dairələri narahat etdiyi kimi, onların buradakı vassalı olan, idrakı sönük partiya sədrlərini də narahat etməyə başlayıb” - deyən S.Novruzov qeyd edib ki, Azərbaycanda görülən işlərə kölgə salmaq üçün həmin şəxslər müxtəlif, primitiv formada şərhlərini vermək istəyirlər. “Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Biz neft istehsal edən ölkələrə nəzər salsaq, görərik ki, Azərbaycan bunların içərisində ən uğurlu neft siyasəti aparan dövlətdir. Bunu Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, neftdən gələn gəlirlərin idarə edilməsi ilə bağlı hesabatlar təqdim edən təşkilatlar da dəfələrlə bildiriblər. Məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsinə, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub. Ancaq bunları görmək istəməyən qüvvələr bu məsələlərə qara yaxmağa çalışırlar. I Avropa Oyunları yaxınlaşdıqca xaricdən və daxildən olan belə qüvvələrin böhtanlarının sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi, Azərbaycan düzgün yoldadır və təbii ki, bundan sonra da bu yolu davam etdirəcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
“ATƏT-in Minsk qrupunun hazırkı tərkibi ilə münaqişənin həllinə nail olmaq mümkün deyil”. Bu fikri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev bildirib ki, Azərbaycan rəsmi şəkildə ATƏT-in Minsk qrupunun tərkibinə yenidən baxılması, genişləndirilməsi ilə bağlı məsələni qaldırmalıdır. Onun fikrincə, artıq bunun vaxtı çatıb. “Almaniyanın həmsədrlər sırasına gətirilməsi, Türkiyənin də bu formata daxil edilməsi vacibdir. Çünki Türkiyənin bu istiqamətdə müəyyən təsir imkanları var. Hazırkı qrupda hər 3 həmsədr - ABŞ, Fransa və Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyir. Fransa Ermənistana kiçik qardaş deyir, ABŞ maliyyə yardımı göstərir, Rusiya isə özünün forpostu hesab edir. Ədaləti bərpa etmək üçün bu qrupun tərkibinə yenidən baxılmalıdır. ATƏT PA-nın sessiyasında bu məsələni rəsmi şəkildə qaldırmaq niyyətindəyəm”.
Millət vəkili Flora Qasımova çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib. O bildirib ki, həmsədrlər münaqişənin ədalətli həlli üçün ciddi addım atmır. F.Qasımova, həmçinin, şəhid ailələrinin sığorta haqlarının verilməsi məsələsinin diqqətdə saxlanmasını təklif edib. Məsələ ilə bağlı spiker Oqtay Əsədov deyib ki, şəhid ailələrinin məsələsi diqqət mərkəzindədir və parlament bu məsələ ilə bağlı hökumətə müraciət edib.
Millət vəkili Elman Məmmədov da çıxışında həmsədrlərin fəaliyyətini tənqid edib, beynəlxalq təşkilatların ikili mövqe ortaya qoyduğunu diqqətə çatdırıb.
“Biz yenə də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq? İndiyə kimi görmüşük ki, onlar yalnız öz “dirijorlarının” göstərişi ilə işləyirlər. Bunu dəfələrlə müşahidə etmişik”. Bu fikirləri isə Milli Məclisin sədri Oqtay Əsədov millət vəkillərinin çıxışlarına münasibət bildirərkən deyib. O.Əsədov qeyd edib ki, Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib.
“Bundan böyük dəstək varmı? AŞPA-da Azərbaycan nümayəndə heyəti sanksiyalar məsələsində ölkəmizin səsini eşitdirmək üçün Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə səs verib. Mətbuat isə yazır ki, Azərbaycan işğalçı dövləti dəstəklədi. Bu, doğru yanaşma deyil. Bəs niyə sanksiyalar Ermənistana qarşı olmur? Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya bütün işğalçı dövlətlərə qarşı qəbul edilməlidir. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər? Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir, amma sanksiya məsələsində ikili standartlara qarşıdır”, - deyə spiker vurğulayıb.
Millət vəkili İqbal Ağazadə isə çıxışında Seçki Məcəlləsinə dəyişikliklər olunmasını təklif edib və məhkəmə sistemi haqqında tənqidi fikirlər səsləndirib.
Vitse-spiker Bahar Muradova isə bildirib ki, Seçki Məcəlləsinə hər hansı bir prinsipial, onun fəlsəfəsini və hədəflərini dəyişə biləcək dəyişikliklərə heç bir ehtiyac yoxdur. Onun fikrincə, bunu bundan öncə ölkədə keçirilən seçkilər sübut edib. B.Muradova deyib ki, seçki qanunvericiliyinin hər hərfini fəaliyyətində rəhbər tutan Yeni Azərbaycan Partiyası onun bütün müddəalarının Azərbaycanın ictimai-siyasi reallıqlarına uyğun olduğu qənaətindədir: “Hər hansı bir texniki, prosedur dəyişikliyin olmasını istisna etmirəm. Amma bütövlükdə hesab edirik ki, Seçki Məcəlləsinin dəyişdirilməsinə ehtiyac yoxdur. Ən azı girov qoymaqla qeydiyyatın bərpası ilə bağlı çağırışı məqsədə uyğun hesab etmirəm. Çünki elə məhz konyunktur addımlar, başqa-başqa hərəkətlərin meydana çıxması bu müddəanın mövcudluğu zamanı olurdu. Ona görə ki, heç bir sosial dayağı olmadan, seçicilərin heç bir etimadını qazanmadan, bunun üçün də heç bir cəhd göstərməyən adam müəyyən qədər pul ödəyir, yarışa girir və s. Ona görə də bu məsələdə geriyə qayıdış mümkün deyil. Seçki komissiyaları ilə bağlı balansı isə bugünkü ictimai siyasi reallıqlara uyğun hesab edirəm”.
Məhkəmələrlə bağlı fikirlərə gəlincə, B.Muradova deyib ki, heç bir məhkəmə sistemi ideal deyil, heç bir ölkənin ədalət mühakiməsi sistemi nöqsansız deyil. Ona görə ki, burada fərdlər iştirak edirlər. “Hər hansı prosedur pozuntusu ola bilər, mən razıyam ki, günahı olan şəxslərə qarşı qanunun gücü ilə tədbirlər görülsün. Ancaq bunu əldə rəhbər tutaraq Azərbaycanın məhkəmə sistemini şübhə altına almaq çox məsuliyyətsiz yanaşmadır. Azərbaycan məhkəmə sistemi islahatlar keçirilmiş bir sistemdir və islahatlar bu gün də davam edir”, - deyə vitse-spiker vurğulayıb.
ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi təkliflərinə də münasibət bildirən B.Muradova deyib ki, belə təkliflər də yeni deyil. Onun sözlərinə görə, bu təkliflərin əsas səbəbi münaqişənin həll olunmaması, uzanması, təcavüzün davam etməsi və təcavüzkara lazım olan münasibətin göstərilməməsidir: “Bu, bizi vadar edir ki, bütün istiqamətlərdə ardıcıl və fəal münasibətimizi göstərək. Bu iş Azərbaycanın nümayəndə heyətləri tərəfindən beynəlxalq təşkilatlarda rəsmi diplomatiya tərəfindən həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərdə yüksək səviyyədə aparılır. Eləcə də, vətəndaş cəmiyyəti tərəfindən bu məsələyə ciddi diqqət yetirilir. Petisiyanın hazırlanması və imzaların toplanması bütün demokratik cəmiyyətlərdə mövcud olan metoddur. Bunların bütün gücündən istifadə etmək və Sarkisyan başda olmaqla Ermənistan hökumətinin, yeritdiyi siyasətin təcavüzkar mahiyyətini ifşa etmək lazımdır. Gələcəkdə bunun hüquqi nəticələrə gətirib çıxaracağını da göz önünə almaq lazımdır. Amma bu gün Sarkisyan bir ölkənin prezidentidir və onun qorunmaq üçün immuniteti var. Əlbəttə, mən inanıram ki, Sarkisyan da daxil olmaqla azərbaycanlılara qarşı soyqırımı törədən şəxslər ədalət mühakiməsi qarşısında dayanacaqlar. Çünki bəşəriyyət əleyhinə cinayətin müddət limiti yoxdur. Onlar mütləq cəzalarını alacaqlar. Amma biz bütün fəaliyyətimizi beynəlxalq hüquqa uyğun şəkildə qurmalıyıq, sülh limitinin tükənmədiyi bir şəraitdə Minsk qrupu formatının da imkanlarından istifadə etmək lazımdır. Amma formatla bağlı təkliflərə də açıq olmaq lazımdır. Hesab edirəm ki, biz bu mövqeyimizi ATƏT PA-nın qarşıdan gələn qış sessiyasında açıq şəkildə ortaya qoyacağıq. Milli Məclis sədrinin dəvəti ilə ATƏT PA-nın sədrinin ölkəmizə səfəri də gözlənilir. Bu qurumun mövqeyinin formalaşması üçün ona da öz fikirlərimizi çatdıracağıq”.
Sonra iclasın gündəliyi təsdiq olunub və müzakirələr başlayıb. Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub.
Daha sonra 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi zəruridir. Onun sözlərinə görə, məcəllədə analıq məzuniyyəti 126 gündən 140 günə qədər artırılmalıdır. M.Quliyev həmçinin, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin vacib olduğunu vurğulayıb. Millət vəkili deyib ki, qanun layihəsində narazılıq məsələsi donorla bağlı idi. Bu müddəanı layihədən çıxarmaqla qanunu qəbul etmək mümkündür.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bildirib ki, ölkə Prezidenti tərəfindən 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması dövlətin bu sahəyə diqqətinin əyani göstəricisidir. Onun sözlərinə görə, bu sahəyə aid “Kənd təsərrüfatı kooperasiyaları haqqında” və “Kənd təsərrüfatı istehsalçılarına informasiya məsləhət xidməti” haqqında qanun layihəsi hazırlanır. E.İbrahimov deyib ki, il ərzində bu qanunlar qəbul edilərsə, parlamentin “Kənd təsərrüfatı ili”nə töhfəsi olacaq.
Müzakirələrdə, həmçinin, millət vəkilləri Zahid Oruc, Elmira Qafarova, Qüdrət Həsənquliyev və başqaları çıxış ediblər. Sonda qanunvericilik işləri planı qəbul olunub.
Daha sonra millət vəkilləri gündəlikdə duran digər məsələləri müzakirə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

