/ / İtaliyanın “Corriere della sera” qəzeti Azərbaycanda neft sənayesinin inkişaf tarixindən bəhs edib
İtaliyanın “Corriere della sera” qəzeti Azərbaycanda neft sənayesinin inkişaf tarixindən bəhs edib
04.02.2015 [10:15]
İtaliyanın “Corriere della sera” qəzetində Azərbaycanda neft sənayesinin inkişaf tarixindən bəhs edən məqalə yerləşdirilib. Yazıda bildirilir ki, italiyalılar Xəzər nefti ilə bağlı ilk məlumatları tanınmış italyan səyyahı Marko Polonun qeydlərindən əldə ediblər. Məşhur səyyah Bakını “su əvəzinə neft axan bir məkana” bənzədib və bu şəhərdə gördüyü neft qaynaqlarından heyrətləndiyini dilə gətirib. Vurğulayıb ki, Azərbaycanda neftlə müalicə də ənənə halını alıb. Neftdən hazırlanan məlhəmlər müxtəlif dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunur.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın “Odlar Yurdu” adlandırılması heç də təsadüfi deyil. Atəşgah məbədində yerin təkindən çıxan alov hamını heyrətə gətirir. Azərbaycanın paytaxtı Bakı Böyük İpək Yolunun üzərində yerləşməsi baxımından da hələ qədim dövrlərdən önəmli bir şəhər olub. Bakının Dubaya bənzədiyini bildirən müəllif Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərindən və bu layihənin Azərbaycanın inkişafına töhfə verməsindən də bəhs edib.
Bibiheybət məscid-ziyarətgah kompleksi ilə bağlı məlumat verən müəllif bu dini ocağın 1934-cü ildə sovet hakimiyyəti tərəfindən dağıdıldığını, yalnız Ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində bərpa edildiyini bildirir. Diqqətə çatdırır ki, Bibiheybət ərazisi neftin kütləvi çıxarıldığı ilk yerlərdən biri olub. Azərbaycanın neft sənayesinin inkişafından söz açan müəllif Nobel qardaşlarının, Rotşildin ölkəmizdə bu istiqamətdəki fəaliyyətlərinə də toxunur. Qeyd edir ki, neftin tankerlə daşınmasının reallaşması da məhz bu dövrə təsadüf edir: “Həmin dövrdə Bakı dünyanın neft tələbatının təxminən yarısını təmin edirdi. Hətta bu şəhərdə neft axtarmağa ehtiyac da yox idi, çünki neft fontanlarına hər yerdə rast gəlmək olardı. Bütün bu zənginlik Bakını qədimliklə müasirliyin, Şərq və Qərb ənənələrinin qovuşduğu möhtəşəm bir şəhərə çevirdi”.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21

