Novruz Məmmədov: Əməkdaşlığın ikitərəfli formatı Azərbaycanı qane edir
05.02.2015 [10:26]
Azərbaycan sırf iqtisadi mülahizələri rəhbər tutaraq enerji layihələrini həyata keçirib və bundan sonra da həyata keçirəcək. Trend xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa İttifaqı bazarlarına bir vaxtda çıxışı üçün Rusiya və Azərbaycanın daha sıx koordinasiya imkanlarına dair suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycanın enerji layihələri bir-birilərini qarşılıqlı şəkildə tamamlayırlar: “Avropa bazarı enerji ehtiyatlarına ehtiyac duyur və bu bazar ən ödəmə qabiliyyətli və qanunvericiliklə tənzimlənən bazardır”.
Moskva və Bakının münasibətləri haqqında danışan N.Məmmədov deyib ki, Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinə prezidentlər İlham Əliyev və Vladimir Putinin münasibətlərinə əsaslanan çoxtərəflilik xasdır: “2014-cü ildə siyasi dialoqun dərinləşməsində, iqtisadi və humanitar layihələrin reallaşdırılmasında, hərbi-texniki əməkdaşlığın genişləndirilməsində dinamika müşahidə edildi. Rusiya Federasiyası bizim üçün strateji tərəfdaşdır və qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndiririk”.
Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin mümkün formatları haqqında suala cavab verən Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan Avrasiya məkanındakı inteqrasiya proseslərini diqqətlə izləyir: “Kiçik ölkə olsaq da, Azərbaycanın qitələrin kəsişməsində yerləşməsi bizi çoxlu sayda logistik layihələrin iştirakçısına çevirir. Azərbaycanın iqtisadi potensialı əməkdaşlıq üçün öz şərtlərini diktə edir və bu gün ikitərəfli format daha nikbin görünür. Avrasiya İqtisadi İttifaqının üzvləri - Rusiya, Qazaxıstan və Belarusla uğurlu qarşılıqlı faydalı münasibətlərimiz yaranıb. Bizim həmin ölkələrin hər biri ilə çox yaxşı əmtəə dövriyyəmiz var və onun gələcəkdə artması üçün böyük potensial var”.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması ilə bağlı mövqeyini Qazaxıstan Prezidenti səsləndirib və həmin mövqe ondan ibarətdir ki, Yerevan istənilən ittifaqa daxil ola bilər, lakin yalnız beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində.
N.Məmmədov qeyd edib: “Biz bütün inteqrasiya layihələrinə iqtisadi və siyasi faydalılıq mövqeyindən yanaşırıq. Hazırda əməkdaşlığın ikitərəfli formatı bizi, eləcə də tərəfdaşlarımızı qane edir”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10

