Naxçıvanda İran İslam İnqilabının 36-cı ildönümü qeyd olunub
13.02.2015 [10:03]
Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli çıxış edərək deyib ki, 1979-cu ildə azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə qalxan İran xalqı qələbə qazanıb, ötən dövrdə İran İslam Respublikası uğurlu inkişaf yolu keçib. Bu gün dünya ölkələri ilə səmərəli əməkdaşlığın qurulması İran İslam Respublikasının xarici siyasət kursunun əsas istiqamətini təşkil edir. İran-Azərbaycan münasibətlərinin inkişafı da bu mənada mühüm əhəmiyyətə malikdir. Hazırda hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf etdirilir.
Muxtar respublikada diplomatik fəaliyyətinin başa çatdığını bildirən baş konsul Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib, mövcud səmərəli əməkdaşlığın gələcəkdə ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam inqilabının 36-cı ildönümü münasibətilə dost və qardaş İran xalqını təbrik edib, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulayaraq deyib: Azərbaycan-İran əlaqələrinin dərin kökləri var. Bu əlaqələrin inkişafı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi əsasını qoyduğu səmərəli əməkdaşlıq əlaqələri dahi şəxsiyyətin ali hakimiyyətə ikinci qayıdışından sonra dövlətlərarası münasibətlər səviyyəsinə yüksəldilib. Hazırda ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlıq mehriban qonşuluq münasibətlərinə əsaslanaraq daha da inkişaf etdirilir.
Qeyd olunub ki, bu gün Azərbaycan-İran əlaqələrinin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin dərinləşməsi də öz töhfəsini verir. Mövcud imkanlardan səmərəli istifadə və qarşılıqlı rəsmi səfərlər əlaqələrimizin davamlı olması üçün möhkəm təməl yaradıb. Son illər energetika, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlıq imkanları genişlənib. Bütün bunlar Azərbaycan-İran əlaqələrinin sarsılmazlığından xəbər verir.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Bu əməkdaşlıq daha da güclənəcəkdir” fikrini xatırladıb, bir daha qardaş İran xalqını İslam inqilabının ildönümü münasibətilə təbrik edib.
Sonra tədbir İrandan gələn incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

