Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AzərTAc və Sloveniyanın STA agentliyi informasiya mübadiləsini genişləndirəcək

AzərTAc və Sloveniyanın STA agentliyi informasiya mübadiləsini genişləndirəcək

14.02.2015 [10:31]

AzərTAc ilə Sloveniyanın STA xəbər agentliyi arasında imzalanacaq əməkdaşlıq haqqında müqavilə informasiya mübadiləsinin daha da genişlənməsinə imkan yaradacaq.
Bu fikri STA agentliyinin direktoru Boyan Veselinoviç AzərTAc-ın Sloveniyaya ezam olunmuş əməkdaşları Aygün Həsənova və Anar Rzayevlə görüşündə söyləyib.
Boyan Veselinoviç STA-nın AzərTAc ilə əlaqələrin inkişafına önəm verdiyini deyib. O, AzərTAc-ın 95 illik yubileyinin qeyd ediləcəyi ərəfədə imzalanacaq sənədin gələcək əməkdaşlıq üçün yeni platforma olacağını bildirib. STA-nın direktoru AzərTAc-ın rəhbərliyinin iki agentlik arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə verdiyi önəmi yüksək qiymətləndirdiyini vurğulayıb.
Görüşdən sonra AzərTAc-ın əməkdaşları STA-nın fəaliyyəti ilə tanış olublar. Agentliyin baş redaktoru xanım Barbara Strukelj və xarici dillərdə informasiya departamentinin redaktoru xanım Sergeja Kotnik Zavri ilə görüşlərdə STA-nın gündəlik iş fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, 1991-ci ildə yaradılan və ölkədə yeganə milli xəbər agentliyi olan STA sloven və ingilis dillərində daxili, xarici siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, idman və digər mövzularda xəbərlər yayır.
Daha sonra STA-nın xarici dillərdə informasiya departamentində bu agentliyin əməkdaşları AzərTAc-ın fəaliyyəti haqqında məlumatlandırılıblar. Qeyd edilib ki, 21 ölkədə müxbir məntəqələri olan AzərTAc 7 dildə xəbərlər yayır. Eyni zamanda, agentlik respublikada 5 dildə videoxəbər hazırlayan yeganə informasiya mənbəyidir. 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə Bakıda eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçiriləcəyi də diqqətə çatdırılıb.

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31