Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənir
14.02.2015 [10:38]
Əli Həsənov: Azərbaycan xarici siyasətində nə Qərbin, nə də Rusiyanın təsirindədir və dünyadakı bütün ölkələrin ərazi bütövlüyünün dəstəkçisidir
Məlum olduğu kimi, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq miqyasda böyük nüfuza malikdir. Təbii ki, bu amil ölkəmizin inkişafı, gücü ilə əlaqədardır. Bu gün Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun məntiqi nəticəsidir. Bu siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf tədbirləri uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar.
Şübhəsiz ki, iqtisadi inkişaf nəticəsində ölkəmizin iqtisadi qüdrətinin artması beynəlxalq müstəvidə də mövqeyini möhkəmləndirən amillərdən biridir. Hazırda Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Xüsusilə, ölkəmizin əməkdaşlıq məkanına çevrilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu və digər amillər Azərbaycanın beynəlxalq müstəvidə əhəmiyyətini daha da artırır. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı proseslərə münasibətdə ortaya qoyduğu mövqe də beynəlxalq müstəvidə maraqla qarşılanır. Bu mənada xarici kütləvi informasiya vasitələrinin Azərbaycanla bağlı materiallara, eləcə də, dövlət rəsmiləri ilə müsahibələrə geniş yer verməsi başa düşüləndir. Bu günlərdə isə Britaniyanın nüfuzlu “Financial Times” qəzeti Ukrayna münaqişəsi və ölkəmizin mövqeyi haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini dərc edib. Əli Həsənov müsahibədə bir sıra regional, beynəlxalq məsələlərlə bağlı dövlətimizin rəsmi mövqeyini diqqətə çatdırıb. ABŞ-ın Rusiyaya qarşı Ukraynanı silahlandırması barəsində Azərbaycanın mövqeyini bildirən Əli Həsənov qeyd edib: “Azərbaycan münaqişələrin hərb yolu ilə həllinin tərəfdarı deyil. Müasir dövrdə hərbi yoldan daha üstün vasitələr var. Silahlanmaq milli təhlükəsizliyin və daxili sabitliyin pozulması kimi pis nəticələrə yol aça bilər. Azərbaycan xarici siyasətində nə Qərbin, nə də Rusiyanın təsirindədir və dünyadakı bütün ölkələrin ərazi bütövlüyünün dəstəkçisidir”.
Əli Həsənov Azərbaycan Hökumətinin Qərb tərəfindən ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonunun ermənilər tərəfindən işğalına ciddi yanaşılmamasından məyus olduğunu ifadə edib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulayıb: “Biz Qərbin qərəzli və ikili standartlara uyğun mövqe nümayiş etdirməsinin əleyhinəyik. Bir münaqişədə işğalı separatçı rejim adlandırır, digərində isə bunu etmir”.
Əli Həsənov müsahibəsində Ermənistan ilə Azərbaycan arasında baş verən atəşkəs rejiminin pozulması hallarını da qınayıb. Qeyd edilib ki, ABŞ və müttəfiqləri Ermənistanın beynəlxalq qurumlara üzvlükdən çıxarılması üçün tədbirlər görməlidir. Dövlət rəsmisi ABŞ ilə Azərbaycan arasında dünya mətbuatında əksini tapan gərginlik məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, gərginlik ABŞ hökuməti ilə deyil, bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə yaranıb: “Azərbaycan ilə ABŞ, xüsusilə terrorizmə qarşı mübarizə və enerji sahələrində yaxından əməkdaşlıq edirlər. Təəssüflər olsun ki, Azərbaycanın imicinə xələl gətirmək və ABŞ-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələr var. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlıqda maraqlıdır”.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan ilə Qərbin müştərək problemləri də var. Təxminən 3 yüzə yaxın azərbaycanlı Suriyada islamçı ekstremistlərlə birgə mübarizə aparmaq üçün Azərbaycanı tərk edib və həmin şəxslər ölkəyə qayıdanda təhlükəsizlik təhdidi yaradırlar. Bəzi qüvvələr Azərbaycanı radikal, fundamentalist ölkə kimi görmək istəyir. Bəziləri də Azərbaycanın dünyəvi dövlət strukturunu görməməzliyə vurur.
Əli Həsənov son vaxtlar dünyada baş verən maliyyə problemləri və bunun ölkəmizə təsirləri barədə də məlumat verib. Qeyd edilib ki, Azərbaycan Hökuməti neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa qadirdir. Belə ki, bank depozitləri, əmlak satışı və avtomobil kimi lüks əşyaların idxalına yeni vergilərin tətbiqi büdcəyə mənfi təsirləri aradan qaldıracaq. Özəl və qeyri-neft sektoruna isə yeni vergilər tətbiq edilməyəcək. Bu sahələrin inkişafı ölkə iqtisadiyyatının gələcəyi üçün vacibdir. Manatın devalvasiyasına da aydınlıq gətirən Ə.Həsənov valyutamızın dollar qarşısında zəifləyən avroya uyğunlaşdırılaraq dəyərdə saxlanılmasının planlaşdırıldığını bildirib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57

