Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
18.02.2015 [11:23]
Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin məhv edilməsi ilə nəticələnən soyqırımı cinayətindən 23 il keçir.
AzərTAc xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü ilə əlaqədar Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə önünə gül-çiçək dəstələri düzüb, faciə qurbanlarının ruhuna ehtiramlarını bildiriblər.
Mərasimdə çıxış edənlər 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, Qarabağlı kəndində törədilən faciədən və onun acı nəticələrindən danışıblar. Bildirilib ki, 23 il əvvəl Qaradağlı kəndinin dinc əhalisinə qarşı soyqırımı aktı həyata keçirilib. Bu qədim Azərbaycan kəndinin 800 nəfərdən çox sakininin 118-i əsir götürülüb, 33-ü güllələnib. Ermənilər yaralıları təsərrüfat quyusuna dolduraraq, diri-diri basdırıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri əsirlikdən böyük çətinliklərlə azad edilib. Əsirlikdə saxlanılanlarla vəhşicəsinə davranılması, insanların başlarının kəsilməsi, diri-diri torpağa basdırılması, ac-susuz saxlanması, döyülərək öldürülməsi bəşəriyyətə qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində 43 ailə başsız, 146 uşaq yetim qalıb. Kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülən 91 nəfərin 21-i ahıl və qocalar, 10-u qadın, 8-i uşaq olub. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası, habelə mədəniyyət evi və digər sosial obyektlər dağıdılıb.
Daha sonra Xocavənd qəsəbəsindəki mədəniyyət evində Qaradağlı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Şəhidlər ölmür” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19

