/ / KİVDF və Nizami RİH-in birgə elan etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
KİVDF və Nizami RİH-in birgə elan etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
19.02.2015 [12:38]
Fevralın 18-də Nizami rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı çərçivəsində, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Nizami rayon İcra Hakimiyyətinin birgə elan etdikləri “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekun nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, İqbal Məmmədov, Flora Qasımova, “Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı, eləcə də rayonun müxtəlif idarə və təşkilatlarının, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət nəticəsində son illər Nizami rayonunun da sürətli inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
RİH başçısı rayonda görülmüş işlərin, əldə olunmuş uğurların və bəzi nöqsanların ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib, rayon İcra Hakimiyyəti ilə KİV arasında sıx əlaqələrin qurulduğunu bildirib. Çıxışda, həmçinin, fondla birgə təşkil olunan fərdi jurnalist müsabiqələrinin əhəmiyyəti qeyd edilib.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə yer alan makroiqtisadi göstəricilər Nizami rayonunun son illər sürətli inkişaf yolu keçdiyini göstərir. Fondun icraçı direktoru ölkə başçısının xüsusi diqqət və qayğısı ilə rayonun son illər sürətlə müasirləşdiyini, müxtəlif sahələr üzrə uğurlu nəticələrə imza atdığını diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkədə senzuranın ləğv edildiyini, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırıldığını, ölkə miqyaslı KİV-lərin yubileylərinin keçirildiyini xatırladan Vüqar Səfərli bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Fondun icraçı direktoru bildirib ki, ölkə başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” və həmin Konsepsiya əsasında 2009-cu ilin aprelində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması KİV-lərə dövlət dəstəyinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinə imkan yaradıb. Fondun icraçı direktoru Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi hesabına yaşayış binalarının inşasını dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirib.
Fondun icraçı direktoru 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı-faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini də diqqətə çatdırıb. Vüqar Səfərli bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd qarşılıqlı əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə çatdırılması, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır.
O, bu il Azərbaycan mətbuatının 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunacağını, bu münasibətlə Fondun yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə birgə tədbirlər təşkil edəcəyini də diqqətə çatdırıb.
İcraçı direktor Fondun Nizami rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 4-dən dekabrın 24-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 37 yazının daxil olduğunu diqqətə çatdırıb. Vüqar Səfərli müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 15 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 21 nəfər jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Qeyd edək ki, mükafatlandırılanlar sırasında qəzetimizin əməkdaşı Nurlan Qələndərli də var.
Xəbər lenti
Hamısına baxMüsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35

