Dövlət Komissiyası: Ermənistan prezidentlərin Paris görüşündə əldə olunmuş razılaşmanı pozur
20.02.2015 [00:40]
Ermənistan 2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əldə olunmuş razılaşmanı pozur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, keçən ilin oktyabrında Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Parisdə keçirilmiş görüşdə həm də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların məsələsi müzakirə olunub.
Prezidentlər F.Olandın müraciətini və təklifini nəzərə alaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəliyi ilə iki ölkənin aidiyyəti orqanları arasında əsir-girov və itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli üçün birbaşa əməkdaşlığın qurulması, habelə informasiya mübadiləsinin aparılması barədə razılıq əldə ediblər.
“Razılaşmaya uyğun olaraq, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirib. Görüşdə hər iki ölkənin müvafiq komissiyaları arasında əməkdaşlığın qurulması məsələsi müzakirə edilib və razılıq əldə olunub. Dövlət komissiyasının sədri işçi qrupuna bu istiqamətdə lazımi göstərişlərini verib.
Lakin Ermənistanın aidiyyəti Komissiyası sözdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirsə də, reallıqda bunun üçün heç bir konkret addım atmır. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu istiqamətdə heç bir irəliləyiş əldə etmək mümkün olmur.
Ermənistan tərəfi razılaşmaya uyğun olaraq əməkdaşlıqdan yayınmasının səbəbləri ilə bağlı hər hansı məntiqli izahat verməkdən çəkinir və faktiki olaraq pozucu mövqe nümayiş etdirir. Ehtimal olunur ki, Ermənistanın müvafiq dövlət komissiyası işğal altında olan ərazilərdə axtarış-araşdırma işlərini səthi aparıb və bu səbəbdən də hətta öz itkilərinin sayını belə dəqiq müəyyən etməyib”, - deyə Dövlət Komissiyasından bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

