Əli Kərimlinin “kaset şantajı” öz təsdiqini tapır
26.02.2015 [00:07]
AXCP sədri tərəfindən şantaj edilən Zərifə Məhəddinova Razi Nurullayevin söylədiklərinin həqiqət olduğunu bildirir
“Siyasi fəaliyyəti” xəyanətlərlə, satqınlıqlarla, ikiüzlülüklərlə və bu qəbildən başqa-başqa “məziyyətlər”lə bol olan AXCP sədri Əli Kərimlinin kimliyi hər zaman Azərbaycan cəmiyyətinə bəlli olub. Artıq ona inanan, etibar edənlər də yavaş-yavaş Ə.Kərimlinin əsl simasını görürlər.
Bir müddət öncə AXCP-dən istefa vermiş Razi Nurullayev bəyanatında partiyada avtoritarizmin hökm sürdüyünü, Ə.Kərimlinin başının isə sosial şəbəkələrdə “layk” əməliyyatına qarışdığını bildirmişdi. O qeyd etmişdi ki, Ə.Kərimli AXCP-yə özünün şəxsi müəssisəsi kimi yanaşır və özünü tək səhmdar sayır. Onun fərqli fikrə qarşı aqressiyasından danışan keçmiş müavini bildirmişdi ki, Azərbaycan xalqı radikal düşərgəyə artıq inanmır və mitinqlərə insanlar gəlmirlər: “AXCP sədri partiyanın sıravi üzvlərinin portağal kimi sıxıb suyunu çıxarıb”.
İki gün öncə keçirdiyi mətbuat konfransında isə R.Nurullayev daha maraqlı faktların üstünü açıb. Belə ki, o, Əli Kərimlinin partiyada şantaj maşını yaratdığını, onunla eyni fikirdə olmayanları müxtəlif yollarla şantaj etdiyini diqqətə çatdırıb. Keçmiş müavini AXCP sədrinin, hətta qadın üzvləri belə şantaja məruz qoyduğunu açıqlayıb. Bildirib ki, Əli Kərimli özünün keçmiş müşaviri Zərifə Məhəddinovanı da müşavirlikdən kənarlaşdırandan sonra ona qarşı çirkin ittihamlar səsləndirib. Hətta həmin qadını əxlaqsız kasetlə şantaj edib: “Ona qarşı kəskin ittihamlar səsləndirib. Bundan sonra Əli Kərimli onu yanına çağıraraq şantaj edib”.
Məsələ ilə bağlı açıqlama verən keçmiş AXCP üzvü Zərifə Məhəddinova da Ə.Kərimliyə qarşı fərqli fikir söylədiyinin qurbanına çevrildiyini bildirib. Ə.Kərimliyə etiraz edən müşavir partiya sədrinin iyrənc şantajı ilə üz-üzə qalıb: “Məni müşavirlikdən azad edib, üstümə satqın adı qoydu. Halbuki mənə müşavir olacağımı demişdilər. Bütpərəst olacağımı desəydilər, razı olmazdım. Sonda qovulmazdım da”.
Z.Məhəddinova AXCP-də yaltaqlığın, şəxsiyyətsizliyin, saxtakarlığın hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, ən yaxın əhatəsində öz müşavirini, müavinini qısqanan, onları potensial rəqib kimi görən rəhbərlikdən nə gözləmək olar? Z.Məhəddinova ona qarşı kaset şantajının olduğunu dolayısı yolla təsdiqləyib: “Gah deyirlər Zərifə xüsusi bir missiya ilə aramıza girib, gah MTN-ə işlədiyimi deyirlər. Gah da əllərində mənim haqqımda kompromat disk olduğunu deyirlər. Mən heç nədən çəkinmirəm, vicdanım təmizdir. Əllərində nə varsa, çıxarsınlar ortaya. Qoy millət də görsün. Məndən susmağımı istəyirdilər. Yəni, biz səni ləkələyək, adına hər cür söz çıxardaq, satqın deyək, amma sən sus. Mənə qədər gedənlərin hamısı susub, mənə də susmağımı məsləhət görürdülər. Məhkəməsiz, hüquqsuz, hakimsiz mənim satıldığımı necə deyə bilərsiniz? Desinlər görək, kimə satılmışam, neçəyə satılmışam, mənim satılmağım bu partiyaya, bu xalqa, yaxud ölkəyə hansı zərərləri vurub? Bu cür əxlaqa, mədəniyyətə sığmayan hərəkətlərə son qoyulmalıdır. Başlarına 5-10 şilləvuran, şər atan, böhtan yağdıran yığıb saxta profillərdən təhqir etməyə nə var...”
Göründüyü kimi, Əli Kərimlinin artıq “yeni məziyyəti” də peyda olub. Vaxtilə öz liderinə xəyanət edən, sonradan isə ətrafındakıların hamısını potensial “xəyanətkar” qismində dəyərləndirən (halbuki AXCP sədrinin özünün xəyanətləri, ermənilərlə işbirliyi dillərə dastandır) Əli Kərimli bir qadına qarşı bu cür iyrənc üsullara əl atmaqdan belə çəkinmir.
Bax budur radikal düşərgənin, Əli Kərimlinin “İÇ ÜZÜ”. Bu fakt, deyilən sözlər bir daha təsdiq edir ki, artıq bu şəxs üçün heç bir dəyər mövcud deyil.
Pərviz
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

