Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əfqanıstanın Mədən və Neft Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın inkişafında maraqlıdır

Əfqanıstanın Mədən və Neft Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın inkişafında maraqlıdır

10.04.2015 [10:06]

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 9-da ölkəmizdə səfərdə olan Əfqanıstanın mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.
Səmimi görüşə görə təşəkkürünü bildirən Daud Şah Saba bildirib ki, onun rəhbərlik etdiyi nazirlik Fövqəladə Hallar Nazirliyi ilə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31