Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dörd ayda 116 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Dörd ayda 116 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

14.05.2026 [16:10]

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən cari ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak üzərində 115 min 613 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 21 min 584-ü (18,7 faiz) ilkin, 94 min 29-u (81,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Yanvar-aprel ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 24 min 821, mənzil – 28 min 300, torpaq sahəsi – 58 min 93, qeyri-yaşayış binası – 1072, qeyri-yaşayış sahəsi – 3096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31 min 544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Hesabat dövründə 80 min 383 texniki pasport tərtib edilib, 19 min 566 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31