İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası olub
10.04.2015 [10:07]
Aprelin 9-da insan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisdə keçirilən iclasda işçi qrupun həmsədrləri - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Səməd Seyidov qrupun keçən ilin oktyabrında keçirilmiş iclasından ötən altı aydakı fəaliyyətinin təhlil olunacağını, perspektivlərin müzakirə ediləcəyini bildirib. O, işçi qrupun insan haqları ilə bağlı problemlərin həlli istiqamətində altı ayda səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Səməd Seyidov işçi qrupa daxil olan qeyri-dövlət təşkilatlarının nümayəndələrinin insan haqları ilə bağlı daim xüsusi fəallıq göstərdiklərini diqqətə çatdıraraq, bu baxımdan qrupun katibliyinə minnətdarlığını bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov bildirib ki, işçi qrupun bir neçə iclasının keçirilməsinə baxmayaraq, onun üzvləri daim qarşılıqlı əlaqədə fəaliyyət göstərib, informasiya mübadiləsi aparıb, ortaya çıxan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atıblar. Qrupun əfv komissiyası ilə də sıx əlaqədə işlədiyini bildirən şöbə müdiri qeyd edib ki, komissiyada qaldırılan məsələlər müsbət həllini tapıb. Ümumiyyətlə, bu əməkdaşlıq nəticəsində ötən altı ayda 15 məhbus Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında azadlığa buraxılıb. Fuad Ələsgərov bu istiqamətdə fəaliyyətin davam etdiyini, müvafiq memorandumun müddəalarına əməl olunduğunu diqqətə çatdırıb.
Bu məsələlərə humanizm prinsiplərindən yanaşıldığını qeyd edən Prezident Administrasiyasının rəsmisi bildirib ki, biz qrupun fəaliyyətinin daha səmərəli olmasına çalışırıq. İşçi qrupun altı aylıq fəaliyyətini müsbət qiymətləndirən həmsədr Avropa Şurası baş katibinin qrupdakı xüsusi nümayəndəsi ilə də səmərəli əməkdaşlığın aparıldığını diqqətə çatdırıb. Fuad Ələsgərov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.
Avropa Şurası baş katibinin işçi qrupdakı xüsusi nümayəndəsi Aleksandr Qessel görülən işlərin önəmini vurğulayaraq bildirib ki, Azərbaycan cəmiyyəti bu qrupun fəaliyyətində maraqlıdır və ona böyük etimad göstərir. O, Avropa Şurası baş katibinin də bu qrupun fəaliyyətini yaxından izlədiyini bildirib. A.Qessel qrupun insan hüquqları ilə bağlı müzakirəyə çıxardığı məsələlərin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. O deyib ki, işçi qrup həm vətəndaş cəmiyyətinin üzvlərinə, həm də dövlət strukturlarının nümayəndələrinə açıq şəkildə, qarşılıqlı hörmət şəraitində cəmiyyət qarşısında duran bir sıra məsələlərin həllini tapmağa kömək edir. Bu, çox vacib məqamdır. Sizin birgə işiniz onu göstərir ki, Azərbaycan Avropa dəyərlərinə sadiqdir. Biz bu qrupa hər cür dəstək verməyə hazırıq.
Qrupun üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə bundan əvvəlki iclasda qaldırılan məsələlərin həllini tapdığını vurğulayaraq, göstərdiyi yüksək humanizmə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
İşçi qrupun digər üzvü, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan cəmiyyətində dialoqun unikal mexanizminin yaradıldığını söyləyib.
Digər çıxışlarda da cəmiyyətdə işçi qrupa etimadın artdığı xüsusi vurğulanaraq, qrupun insan hüquqları məsələləri ilə bağlı səmərəli mexanizm olduğu diqqətə çatdırılıb. Çıxış edənlər, həmçinin insan hüquqları məsələləri üzrə birgə işçi qrupun altı aylıq fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra iclas müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18

