/ / Beynəlxalq konfrans iştirakçıları türk-müsəlman əhalisinə qarşı soyqırımları ilə bağlı dünya elm ictimaiyyətinə müraciət ediblər
Beynəlxalq konfrans iştirakçıları türk-müsəlman əhalisinə qarşı soyqırımları ilə bağlı dünya elm ictimaiyyətinə müraciət ediblər
11.04.2015 [11:55]
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı II Beynəlxalq elmi konfrans aprelin 10-da işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci iş günündə Azərbaycan, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında hazırlanan məruzələr dinlənilib. Diqqətə çatdırılıb ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri - Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycanın bir çox əraziləri (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) və Şərqi Anadoluda yaşayan türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımları törədilib. On minlərlə türk-müsəlman və digər millətlərin nümayəndələri, o cümlədən, günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə vəhşicəsinə öldürülüblər.
Yüzdən çox tanınmış alim və mütəxəssisin, rəsmi qonaqların qatıldığı konfransın işi “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölmələri üzrə aparılıb.
Mövzu üzrə məruzələr dinlənildikdən sonra beynəlxalq konfrans iştirakçılarının dünya elm ictimaiyyətinə müraciəti qəbul olunub.
Konfransın sonuncu iş günü - aprelin 11-də iştirakçılar Bakı şəhərinin görməli yerləri ilə yaxından tanış olacaqlar.
Xatırladaq ki, beynəlxalq tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan tarixçi alimlər iştirak ediblər.
Konfransda təqdim olunan məqalələr “AMEA Tarix İnstitutunun elmi əsərlərinin xüsusi buraxılışı” adı ilə çap edilərək iştirakçılara paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:17
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19

