KİV rəhbərləri ilə görüşdə milli mənəvi və dini dəyərlər mövzusunda müzakirələr aparılıb
18.04.2015 [10:05]
Aprelin 17-də Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə “Milli mənəvi və dini dəyərlər: tarixilik və müasirlik” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov belə tədbirlərin təşkilinin böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu görüşlər media təmsilçilərinə dövlət qurumlarının rəhbərləri ilə hər hansı bir maraq doğuran mövzunun müzakirəsinə imkan yaradır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda kütləvi informasiya vasitələrinin ictimai rəyin formalaşmasındakı rolundan danışıb.
Komitə sədri ölkədəki mövcud dini durumdan söhbət açıb. Bildirib ki, ölkədə radikal dini cərəyanların yayılmasına imkan verilmir və verilməyəcək. Sədr deyib: “Biz klassik İslam ölkəsiyik. İkincisi, dünyəvilik bizə daha xasdır. İslamın yayılmasından sonra bu din özünün müəyyən mənada mövqelərinin zəifləməsi prosesinə şahid olub. SSRİ dövründə İslam dinini sıradan çıxarmağa çalışıblar. Tarixdə hansı hökmdar dinlə savaşmağa çalışsa, o məhv olub. İslam dini özündən başqa digər dinləri inkar etmir. Azərbaycan xalqı hələ keçmiş Sovet İttifaqı dönəmində öz dinini qoruyub saxlayıb. Azərbaycan xurafata qarşı mübarizədə Şərqdə nümunə olub. Xurafata qarşı mübarizə dinə qarşı mübarizə deyil. Ona görə də radikal cərəyanlara qarşı mübarizə də dinə qarşı mübarizə deyil. Azərbaycanda 2000 məscid var. Biz iqtisadiyyatda açıq qapı elan etsək də, mənəvi aləmdə açıq qapı elan edə bilmərik. Dünyanın istənilən şirkəti gəlib burada iş görə bilər. Amma istənilən dini cərəyanın burada yayılmasına imkan verə bilmərik. Milli mənəvi dəyərlər hər bir ölkənin özünə məxsusdur. Baxmayaraq ki, Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz mövqelərimizi də başqasına güzəştə gedə bilmərik. Tolerantlıq o demək deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər. Milli mənəvi dəyərlərimizə müdaxilə ediləndə bu, artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Biz həm xristianlıqdan, həm də İslamdan gələn radikal cərəyanların qarşısını almalıyıq”.
M.Qurbanlı çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf proseslərinin bir çox sahələrlə yanaşı, milli mənəvi dəyərlərin qorunması sahəsində də inkişafa geniş imkanlar açdığını söyləyib. Bildirilib ki, Azərbaycanda milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin biz İslam dininin dəyərlərini daim qorumuşuq.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, müstəqilliyin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri də sərbəst şəkildə ibadət etmək imkanımızın olmasıdır. Qədim tarixə malik Azərbaycanın özünəməxsus adət-ənənələri, milli mənəvi dəyərləri var. Bizim milli mənəvi dəyərlərimiz içərisində İslam dini çox önəmli yer tutur. Sovetlər dövründə müxtəlif formalarda edilən təzyiqlərə baxmayaraq, xalqımız adət-ənənələrini, dinini qoruyub saxlaya bildi. Həmin dövrdə bizim xeyli tarixi, dini abidələrimiz, məscidlərimiz məhv olundu. Ancaq dini insanların qəlbindən silmək istəyi baş tutmadı. Xalqımız İslam dinini, milli mənəvi dəyərlərini yaşatdı.
Bildirilib ki, din çox həssas mövzudur, din bizim tariximizdir, mənəviyyatımızdır, mənəvi dəyərimizdir. Buna görə də kütləvi informasiya vasitələri din mövzusunda yazarkən ehtiyatlı olmalıdırlar.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yas mərasimlərinin keçirilməsi ilə bağlı ölkə miqyasında görülən işlərdən söz açıb və bu prosesə medianın da böyük dəstək verdiyini diqqətə çatdırıb.
Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə medianın dini mövzuda materialların işıqlandırılmasındakı həssaslığının həm də mühüm peşəkarlıq şərti olduğunu qeyd edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, dini mövzuda maarifləndirmə işləri mətbuat və internet informasiya ehtiyatları ilə yanaşı, televiziya və radiolarda da müntəzəm şəkildə aparılmalıdır.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev medianın fikrini öyrənmək üçün müraciət edə biləcəyi dini ekspertlərin hazırlığı məsələsinin zəruriliyindən söz açıb.
Tədbir Azərbaycan dövlətinin dinlə bağlı siyasəti, ölkəmizdə dini tolerantlığın vəziyyəti, bu istiqamətdə KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

