Azərbaycan xarici siyasətində İranın maraqlarını daim nəzərə alır
18.04.2015 [10:06]
İran regionun nüfuzlu ölkələrindəndir və Azərbaycan xarici siyasətində rəsmi Tehranın maraqlarını daim nəzərə alır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov aprelin 17-də İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib.
Ziyafət Əsgərov Azərbaycan ilə İran arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb. Bildirib ki, iki ölkəni bir-birinə milli mənəvi dəyərlər, ortaq ənənələr, mədəniyyətlər bağlayır. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsində prezidentlərin qarşılıqlı səfərlərinin böyük rolu var.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclis sədrinin birinci müavini bildirib ki, artıq 20 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılır. Ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan erməni işğalçıları beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər edir. Təəssüf ki, dünya ictimaiyyəti tərəfindən bu münaqişənin ədalətli həlli üçün kifayət qədər səy göstərilmir. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bu məsələnin həllində daha fəal olmasının vacibliyini qeyd edən Z.Əsgərov İranın İslami Şura Məclisində Xocalı soyqırımına baxılacağına və qiymət veriləcəyinə ümid etdiyini deyib.
Əli Rəbii Azərbaycan ilə İran arasındakı əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, iki ölkə arasında xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu və bu məsələdə maraqlı olduqlarını bildirib. Qarşılıqlı əlaqələrin və parlamentlərarası dostluğun önəmindən danışan Əli Rəbii yaxın günlərdə İranın müdafiə nazirinin də Azərbaycana səfərinin gözlənildiyini qeyd edib.
Bildirilib ki, İran qardaş Azərbaycan xalqını hər zaman dəstəkləyib və Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin hələ də həll olunmamasını təəssüf hissi ilə qeyd edən Əli Rəbii bu problemin tezliklə ədalətli şəkildə, beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini tapacağına inandığını deyib. Nazir münaqişənin ədalətli həlli üçün İranın hər zaman səy göstərməyə hazır olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20

