Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub

Azərbaycan ilə İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub

18.04.2015 [10:08]

Azərbaycan ilə İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 17-də İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransında məlumat verib.
Mətbuat konfransında əvvəlcə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə bir sıra önəmli görüşlər keçirdiyini qeyd edib. Bildirilib ki, görüşlərdə bir çox vacib məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Ölkələrimiz, xalqlarımız arasında tarixi, dini, mənəvi bağlılıqların olduğunu bildirən Əli Rəbii deyib ki, Azərbaycan və İran möhkəm münasibətlərə malikdir. Azərbaycan İran üçün dost, qardaş və önəmli tərəfdaşdır. “Biz daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Bu mövqeyimiz bundan sonra da davam edəcək. Azərbaycan torpaqlarının işğaldan azad olunması bizim üçün də çox önəmlidir. Bu məsələnin tezliklə həll olunmasını istəyirik”, - deyə nazir əlavə edib.
İranlı nazir deyib ki, ölkələrimizin prezidentlərinin iradəsi ilə bu gün qarşılıqlı münasibətlər yeni inkişaf mərhələsindədir. Son illərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin daha da genişlənməsində önəmli rol oynayıb. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün kifayət qədər potensial var.
Ə.Rəbii Bakıda keçirdiyi görüşlərdə iqtisadiyyat, o cümlədən neft, qaz, ticarət, gömrük, turizm, sərmayə qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadilələrinin aparıldığını bildirib. Həmçinin sığorta sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, dərman istehsalı ilə bağlı əməkdaşlığa dair danışıqlar aparılıb. Nazir əlillərin müalicəsi və reabilitasiyası, insan resurslarının inkişafı, peşə təhsili sahələrində də əməkdaşlığa dair razılaşmaların əldə olunduğunu bildirib.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31