/ / Azərbaycan və Belçika xarici işlər nazirlərinin görüşündə bir sıra önəmli məsələlər müzakirə olunub
Azərbaycan və Belçika xarici işlər nazirlərinin görüşündə bir sıra önəmli məsələlər müzakirə olunub
29.04.2015 [10:19]
Aprelin 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reinderslə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub. Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud olan geniş imkanlar, ölkəmizin regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olması, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional, beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Elmar Məmmədyarov deyib ki, o, həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi və problemin həllinə dair danışıqların son vəziyyəti barədə məlumatlandırıb. Nazir 30 aprel-1 may tarixlərində həmsədrlərlə görüşmək məqsədilə Parisə səfər etməyi planlaşdırdığını diqqətə çatdıraraq deyib: “İnanırıq ki, münaqişə ilə bağlı irəliləyişə nail olunmasının zamanı çatıb”.
İkitərəfli əlaqələrdən danışan nazir bildirib ki, hazırda Belçikanı təmsil edən 60-dan çox şirkətin Azərbaycanda olması böyük önəm kəsb edir və bu şirkətlərin bəziləri ölkəmizdə fəaliyyət göstərir. Bundan əlavə, müxtəlif sahələrdə, ilk növbədə enerji sahəsində Belçika şirkətləri bizimlə əməkdaşlıqda çox maraqlıdır. Diqqətə çatdırılıb ki, görüşdə Şərq Tərəfdaşlığı üzrə Riqa Sammiti çərçivəsində danışıqlar barədə də müzakirələr aparılıb.
Humanitar sahədə əməkdaşlıqdan danışan E.Məmmədyarov hər iki ölkədə müxtəlif mədəniyyət tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. O, Belçikanı təmsil edən 160 idmançının Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcəyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini vurğulayan Didier Reinders cəbhə xəttindəki insidentlərdən narahat olduğunu bildirib. O deyib: “Biz danışıqlarda irəliləyişin əldə edilməsindən çox şad olardıq”.
Bu gün Azərbaycanın qaçqın və məcbur köçkün problemi ilə üzləşdiyini deyən Didier Reinders ölkəmizə səfəri çərçivəsində məcburi köçkünlərin məskunlaşdıqları yerlərə baş çəkdiyini və onların yaşayış şəraiti ilə tanış olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, problemlə daha yaxından tanış olmaq üçün məcburi köçkünlərin yaşadıqları yerlərə getmək çox önəmlidir. D.Reinders deyib: “Avropa qitəsində bir az qaçqın problemi yaşanan kimi biz böyük müzakirələrə başlayırıq, ancaq Azərbaycandakı bir milyonluq qaçqın və məcburi köçkün problemini görəndə mən vəziyyətin tam fərqli olduğunu başa düşdüm”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

