/ / Növbəti panel iclasları “Rusiya-Qərb münasibətlərinin perspektivləri” və “Radikallaşma” mövzularına həsr edilib
Növbəti panel iclasları “Rusiya-Qərb münasibətlərinin perspektivləri” və “Radikallaşma” mövzularına həsr edilib
29.04.2015 [10:25]
Üçüncü Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclasları “Rusiya-Qərb münasibətlərinin perspektivləri” və “Radikallaşma” mövzularına həsr edilib.
ABŞ-ın sabiq Prezidenti Bill Klintonun müşaviri işləmiş Mark Medişin moderatorluğu ilə keçirilən iclasda Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa ölkəsinin son 20 il ərzində keçdiyi inkişaf yoluna nəzər salıb.
Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov Rusiya-Qərb münasibətlərinin tarixi və hazırkı vəziyyətindən danışıb.
Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likotal, Çexiyanın sabiq Prezidenti Vatslav Klaus və başqaları çıxış edərək bildiriblər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Şərqlə Qərb arasında normal münasibətlərə əsaslanan yeni dünya düzəninin qurulmasına ümid var idi. Soyuq müharibənin bitməsi ilə Avropa qitəsi ətrafında demokratiya, azadlıq və insan haqları kimi dəyərlər yayılsa da, dünya düzəni Qərbin gözləntilərini doğrultmadı. Diqqətə çatdırılıb ki, Rusiya ilə Qərb arasında münasibətlərin inkişafı təhlükəsiz dünya düzəninin qurulmasında mühüm rol oynaya bilər.
Forum çərçivəsində keçirilən digər panel iclası isə “Radikallaşma” mövzusuna həsr olunub.
İclasda moderatorluq edən İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini radikallaşmanın yayılmasının qarşısının alınması yollarından danışaraq qeyd edib ki, insanlar radikal və ya terrorist olaraq dünyaya gəlmirlər. Onlar bu işə sonradan cəlb olunurlar. F.Frattini təhsil sahəsindəki çatışmazlıqların yaratdığı problemlərdən də danışıb. Bildirib ki, dünyada xüsusilə təhsilli gənclərə böyük ehtiyac var.
Vurğulanıb ki, demokratikləşmə, yaxşı idarəetmə təhsil probleminin həllində əsas məsələlərdən biridir. Radikallaşma ilə mübarizədə beynəlxalq qurumların köməyinə böyük ehtiyac var. Qeyd edilib ki, bir neçə il əvvəl gənclərin ekstremist meyillərə maraqlı olmasına heç kim inanmazdı. Lakin indi dünya ictimaiyyəti son dövrlərdə radikallaşma meyillərinin artmasından təşvişə düşüb.
Belçikanın keçmiş dövlət naziri Herman de Kroo bir neçə il əvvəl ölkəsində təhsil naziri işləyərkən məktəblərdə İslam dininin tədris olunduğunu diqqətə çatdırıb. İslam dininin məktəbdə öyrədilməsinə üstünlük verdiyini söyləyən Herman de Kroo Belçikada, Avropada bəzi miqrantların adaptasiya probleminin olduğunu vurğulayıb. O deyib ki, hazırda dünyadakı bütün televiziya kanallarını izləmək mümkündür. Kütləvi informasiya vasitələrinin mənfi təsirləri ola bilər. Bir çox ailələr yalnız öz dillərində kanalları izləyirlər. Onlar yaşadıqları dövlətə inteqrasiya edə bilmirlər. Bu da işsizliyə şərait yaradır. Biz bu insanlarla işləməyə çalışırıq. Onların cəmiyyətə inteqrasiyası istiqamətində işlər görürük. Onlar paralel həyat yaşayırlar və bir gün təbliğatçıların qurbanına çevrilirlər. Hazırda Belçika bu istiqamətdə təhlükəsizliyini möhkəm şəkildə təmin edir.
İordaniyanın keçmiş Baş naziri Taher Masri bildirib ki, araşdırmalara görə, dünyada radikalizmlə üzləşməyən region yoxdur. Əsas səbəb diskriminasiya, yoxsulluq, psixoloji amillərdir.
İtaliyanın keçmiş Baş naziri Massimo D’Alema çıxış edərək bildirib ki, təsisatların səmərə verməsi üçün cəmiyyətdə dəyişikliklər olmalı, insanlar həyata keçirilən islahatların faydasına inanmalıdırlar. Bunu insanlara əyani şəkildə nümayiş etdirmək, onların təhsilə çıxışını asanlaşdırmaq lazımdır. Cəmiyyətlərə ədalət lazımdır. İnsanlarla ünsiyyət onların rifahını təmin etməkdə səmərəli üsul olmalıdır.
Bəzi anlaşılmazlıqların zaman və reallıq anlayışının fərqliliyindən irəli gəldiyini deyən Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü xanım Dalal Bint Al-Harbi ölkəsində radikalizmlə ciddi mübarizə aparıldığını, gənclərin ekstremist təhlükələrdən uzaqlaşdırılması, onların cəmiyyətə inteqrasiyası üçün reabilitasiya dərnəklərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, sabitliyin, birgə fəaliyyətin, insanların hüquqlarının təmin edilməsinin əsas amillər olduğunu vurğulayıb.
Tədbirdə radikal qruplaşmalara qarşı qlobal mübarizənin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, ideal bir cəmiyyət üçün açıq cəmiyyət konsepsiyası diqqətdə saxlanmalı, dünyada daha təkmil inkişaf prosesi yaradılmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

