Azərbaycanın adı ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi tarixə yazılacaq
05.05.2015 [10:25]
YAP Sədrinin müavini: Müəyyən dairələrin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyaları ilk Avropa Oyunlarının üzərinə kölgə sala bilməyəcək
“Müəyyən dairələrin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyaları ilk Avropa Oyunlarının üzərinə kölgə sala bilməyəcək. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, biz belə hallara müəyyən qədər alışmışıq. Bir neçə il öncə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də bu hallarla rastlaşdıq. Bizi belə hallar nə qədər incitsə də, mahnı müsabiqəsini yüksək səviyyədə keçirdik, bu tədbirin tarixinə yeni bir səhifə yazmağa müyəssər olduq”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, indiki qarayaxma kampaniyaları da ilk Avropa Oyunlarının üzərinə kölgə sala bilməyəcək. Onun sözlərinə görə, Oyunların keçirilməsi üçün ən vacib olan zəruri hazırlıq işləri artıq başa çatdırılıb, idman qurğuları hazırdır, iştirakçı tərəflər, idmançılar məlumdur və az müddətdən sonra onlar gəlib öz missiyalarını həyata keçirəcəklər.
“Azərbaycanın adı ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi tarixə yazılacaq. Güman edirəm ki, bütövlükdə Qərb, Avropa ilk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərinə götürmüş Azərbaycana daha diqqətlə yanaşsa daha ədalətli olardı. Amma biz bəzən bunun əksini görürük. ABŞ-ın, Avropanın bir sıra dairələri tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır, ölkəmizin gördüyü bu işlərə kölgə salmağa çalışırlar. Bütün bunların hamısı ikili standartların təzahürü olsa da, Azərbaycanın haqq işinə maneçilik törədə bilməyəcək. Biz öz işimizi görürük, üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetiririk. Kim buna hansı gözlə baxırsa, bu, onun öz işidir. Güman etmirəm ki, bu qarayaxma kampaniyası onları həyata keçirənlərə başucalığı gətirəcək. Görünür, onlar, sadəcə olaraq, daxilən belə missiyaları həyata keçirməyə kökləniblər, həmişə belə işlərlə məşğul olublar. Yəqin tale onlara yalnız bu missiyanı qismət edəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

