Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda QDİƏT Parlament Assambleyasının hüquqi və siyasi məsələlər komitəsinin iclası keçirilir

Bakıda QDİƏT Parlament Assambleyasının hüquqi və siyasi məsələlər komitəsinin iclası keçirilir

06.05.2015 [10:03]

Mayın 5-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının hüquqi və siyasi məsələlər komitəsinin 45-ci iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Mixail Yemelyanov tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürünü bildirib. O, hər səfərində Azərbaycanda şahidi olduğu sürətli inkişafdan məmnunluqla söz açıb. Sədr iclasda üzv ölkələri düşündürən vacib məsələlərin müzakirə olunacağını qeyd edib.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxış edərək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti, üzv ölkələr arasındakı əlaqələr, əməkdaşlıq imkanları barədə danışıb. Bildirib ki, Azərbaycanın qurumda təmsil olunan ölkələrlə sıx siyasi, iqtisadi əlaqələri mövcuddur. Bu əlaqələr bərabərhüquqlu tərəfdaşlığa və əməkdaşlığa əsaslanır. Valeh Ələsgərov Azərbaycanın regionda və dünyada artan mühüm rolunu vurğulayaraq ayrı-ayrı ölkələrlə qurulmuş iqtisadi əlaqələrdən danışıb. Bildirib ki, əgər əvvəllər Türkiyə Azərbaycana sərmayə yatırırdısa, indi Azərbaycan Türkiyəyə milyardlarla dollar sərmayə yatırır. Bu gün Gürcüstanın əsas enerji təchizatçısı Azərbaycandır.
Milli Məclis sədrinin müavini ölkəmizdə enerji sahəsində əldə olunan nailiyyətlər, respublikamızın həyata keçirdiyi irihəcmli layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan qazını Avropaya çatdıracaq yeni layihə görülən işlərin tərkib hissəsi olacaq. Əvvəlki nailiyyətlərimiz icrasına başlanılan və Xəzər hövzəsində hasil olunan təbii qazı Bakıdan İtaliyaya çatdıracaq böyük layihənin də uğurla başa çatacağına əminlik yaradır.
“Biz bərabərhüquqlu tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsinə, yeni səviyyəyə yüksəldilməsinə hər zaman hazırıq”, - deyən Valeh Ələsgərov Parlament Assambleyasının statusunun və imkanlarının artırılmasının bunun üçün faydalı olacağına əminliyini bildirib.
İclasda komitənin yeni sədri seçiləcək, növbəti iclasın tarixi və yeri müəyyənləşəcək, gündəliyi təsdiq ediləcək, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə seçki məcəllələri, bu sahədə oxşarlıq və fərqliliklər, Parlament Assambleyasının statusunun gücləndirilməsi və gündəlikdə duran digər məsələlərlə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq, tövsiyələr və təkliflər səsləndiriləcək.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31