Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sahibə Qafarova: Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara uyğun təşkil etməklə bir daha bütün Avropa ictimaiyyətinə öz dəyərlərini təqdim edəcək

Sahibə Qafarova: Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara uyğun təşkil etməklə bir daha bütün Avropa ictimaiyyətinə öz dəyərlərini təqdim edəcək

06.05.2015 [10:31]

“Artıq Avropa Oyunlarına sayılı günlər qalıb və 37 gündən sonra Azərbaycan Avropanın və dünyanın idman tarixində çox mühüm yeri olacaq ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi ilk Avropa Oyunları Təşkilat Komitəsində çalışan peşəkar komanda çox qısa bir müddətdə demək olar ki, öz işini yekunlaşdırmaq üzrədir. Baxmayaraq ki, bu səviyyəli idman yarışlarını təşkil etmək üçün dövlətlərə bəzən 7-8 il vaxt lazım olur, amma Azərbaycan bu işin öhdəsindən cəmi 2,5 il ərzində gəlib”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
S.Qafarova təəssüflə bildirib ki, belə bir ərəfədə bəzi siyasi dairələr ədalətsiz və qeyri-obyektiv şəkildə Avropa Oyunlarını siyasiləşdirməyə, ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə çalışırlar. Onun sözlərinə görə, biz bu kampaniyanın daha əvvəllər də, ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi vaxtda şahidi olmuşuq.
“Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Bu, ilk növbədə, onunla əlaqədardır ki, Azərbaycan öz milli maraqlarına uyğun tam müstəqil siyasət həyata keçirir, heç bir qüvvənin və ya ölkənin iradəsinə baş əymir. Bu isə həm də ona dəlalət edir ki, müxtəlif təzyiq qruplarının, siyasi və iqtisadi dairələrin, qurumların Azərbaycanda bizim milli maraqlarımıza zidd olan özəl maraqları təmin olunmur və bu da həmin dairələrdə qıcıq, qisasçılıq hisslərinin yaranmasına və bunun büruzə verilməsinə gətirib çıxarır. Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbul olunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək. İdman, Olimpiya hərəkatını belə ucuz siyasi oyunlara alət etmək cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir. Kimin, nəyi, necə deməsindən asılı olmayaraq, Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara uyğun təşkil etməklə, bir daha bütün Avropa ictimaiyyətinə öz dəyərlərini təqdim edəcək”, - deyə S.Qafarova qeyd edib.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31