Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tahir Rzayev: Birinci Avropa Oyunları ilə bağlı bütün dünya böyük bir idman bayramı yaşayacaq

Tahir Rzayev: Birinci Avropa Oyunları ilə bağlı bütün dünya böyük bir idman bayramı yaşayacaq

07.05.2015 [10:21]

“Azərbaycan möhtəşəm hadisə ərəfəsindədir. Birinci Avropa Oyunları ölkəmizin idman sahəsində qazandığı uğurları, yaradılan infrastrukturu nümayiş etdirməklə yanaşı, eyni zamanda, iqtisadi, sosial, siyasi inkişafımızı da dünya ictimaiyyətinə təqdim edəcək. Azərbaycanın tolerant yaşam tərzi, demokratik prinsiplərə əsaslanan idarəçiliyi, o cümlədən, ölkəmizdə bərqərar olan plüralizm bu gün bir sıra dövlətlərin nail ola bilmədiyi uğurlardır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən və milli maraqlarımızın qorunmasını özündə ehtiva edən xarici siyasət kursumuz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm üstünlüyümüzü təmin edib. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları bu münaqişə ilə bağlı həqiqətlərin bir daha geniş Avropa auditoriyasına çatdırılması baxımından da olduqca əhəmiyyətlidir. Elə bu səbəbdəndir ki, ilk Avropa Oyunlarını hədəfə alanlar məhz ermənilər və onlara dəstək duran xarici və daxili ermənipərəst qüvvələrdir”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev bildirib.
Millət vəkilinin sözlərinə görə, “demokratiya” pərdəsi arxasında milli dövlətlərə qarşı təzyiq kampaniyası həyata keçirən xarici imperialist güclər anlayırlar ki, birinci Avropa Oyunları Azərbaycandakı inkişafın əyani nümayişidir. Ona görə də, bu fakt onları çox narahat edir: “Erməni lobbisi, eləcə də, ermənipərəst transmilli qruplar Azərbaycanın sosial-iqtisadi üstünlüklər əldə etməsini, idman, incəsənət və başqa sahələrdə uğurlar qazanmasını həzm edə bilmir. Ölkəmizin belə bir yarışa ev sahibliyi etməsi beynəlxalq imicinin daha da artması baxımından böyük dividendlər vəd edir. Ermənilərin və onların havadarlarının min bir fitnə və yalanla şər-böhtan kampaniyası aparmasının kökündə də məhz bu faktor dayanır. Amma bu qüvvələr hər zamankı kimi fiaskoya məhkumdurlar. Əminəm ki, birinci Avropa Oyunları olduqca yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq”.
T.Rzayev bu Oyunların Azərbaycan üçün sonrakı faydalarından da danışıb: “Azərbaycanda birinci Avropa Oyunlarının təşkili ilə əlaqədar infrastrukturun, turizm xidmətlərinin yaxşılaşdırılmasında xeyli işlər görülüb, tikilib istifadəyə verilən idman qurğuları Oyunlardan sonra da insanlarımıza xidmət edəcək. Bu infrastrukturun yaradılmasında minlərlə insan çalışıb və bundan sonra da çalışacaqlar, yeni iş yerləri açılacaq”.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31