Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Təmraz Tağıyev: Birinci Avropa Oyunları olduqca yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq

Təmraz Tağıyev: Birinci Avropa Oyunları olduqca yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq

14.05.2015 [10:15]

“Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün ən böyük hadisələrdən biridir. Belə bir uğurun qazanılması, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq göstəricisidir. İnanırıq ki, bu yarışlarda bizim idmançılarımız xalqımız qarşısında çıxış edərək yüksək nəticələr göstərəcəklər və bayrağımızı dalğalandıracaqlar, himnimizi bütün Avropaya səsləndirəcəklər”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib. T.Tağıyev bildirib ki, bu gün Azərbaycan, sözün həqiqi mənasında, idman ölkəsi kimi özünü təsdiq edib. Onun sözlərinə görə, Prezident İlham Əliyev idmanın inkişafı üçün bütün imkanları yaradıb və bu sahəyə daim böyük dəstək verib.
“Bilirsiniz ki, son illər ərzində Bakıda və regionlarda müasir standartlara uyğun Olimpiya kompleksləri inşa olunub və gənclərin ixtiyarına verilib. Bu gün ölkəmizin müxtəlif regionlarında 40-dan çox Olimpiya kompleksi fəaliyyət göstərir. Bütün bunlar gənc nəslin sağlam ruhda böyüməsi üçün dövlətimizin atdığı vacib addımlardan biridir. Məhz maddi-texniki bazanın yüksək səviyyədə olması idman uğurlarına, yeni-yeni qələbələrə şərait yaradır. Bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Təbii ki, Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir. Təsəvvür edin, Azərbaycan nə qədər mühüm idman yarışlarına ev sahibliyi edir. Müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar Azərbaycanda keçirilir. Bunlar isə, əlbəttə ki, Azərbaycanın idman ölkəsi kimi tanınmasından irəli gəlir”, - deyə T.Tağıyev vurğulayıb.
Təşkilat sədrinin sözlərinə görə, belə bir ərəfədə ölkəmizə qarşı aparılan qərəzli kampaniyalar qəbulolunmazdır. Onun sözlərinə görə, “demokratiya” pərdəsi arxasında milli dövlətlərə qarşı təzyiq kampaniyası həyata keçirən xarici qüvvələr anlayırlar ki, birinci Avropa Oyunları Azərbaycandakı inkişafın əyani nümayişidir. Ona görə də, bu fakt onları çox narahat edir: “Erməni lobbisi, eləcə də, ermənipərəst transmilli qruplar Azərbaycanın sosial-iqtisadi üstünlüklər əldə etməsini, idman, incəsənət və başqa sahələrdə uğurlar qazanmasını həzm edə bilmir. Ölkəmizin belə bir yarışa ev sahibliyi etməsi beynəlxalq imicinin daha da artması baxımından böyük dividendlər vəd edir. Ermənilərin və onların havadarlarının min bir fitnə və yalanla şər-böhtan kampaniyası aparmasının kökündə də məhz bu faktor dayanır. Amma bu qüvvələr hər zamankı kimi fiaskoya məhkumdurlar. Əminəm ki, birinci Avropa Oyunları olduqca yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq”.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31